Meksikanın və Kosta Rikanın nüfuzlu qəzetlərində Xocalı faciəsindən bəhs edən məqalələr dərc edilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 25-də Kosta Rikada dərc olunan “La Nación”, fevralın 26-da isə Meksikada çıxan “Milenio” qəzetlərində “Xocalı: bir şəhərin sonuncu günü” adlı məqalə dərc edilmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir İ. Muxtarovun məqalələrində Xocalı faciəsinin təfərrüatları, erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrindən bəhs olunur. Həmin məqalələrdə beynəlxalq mətbuatın və İnsan Hüquqları institutlarının Xocalı qətliamı barədə məlumatlarına istinad edilmişdir.
Bildirilir ki, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmasa, bu cür faciələr gələcəkdə təkrarlana bilər. Bunun qarşısını almaq məqsədi ilə dünyanın hər bir ölkəsində fəaliyyət göstərən Azərbaycan icmaları beynəlxalq ictimaiyyəti insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırır. Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən Xocalı sakinləri Ermənistanın cinayət məsuliyyətinə cəlb olunması üçün hər il beynəlxalq ictimaiyyətə müraciət edirlər.
“La Nación” qəzetində dərc edilmiş məqalənin əsli /www.nacion.com/2011-02-25/Opinion/Foro/Opinion2695182.aspx, “Milenio” qəzetində dərc edilmiş məqalənin əsli isə /impreso.milenio.com/node/8918252 ünvanlarında yerləşdirilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]

