Məktəblərdə son zəng çalınır VİDEO
Bakı, 29 may, AZƏRTAC
Ölkəmizin məktəblərində son zəng çalınır.
Bu il son zəng mərasimləri iki gün - mayın 29-u və 30-da təşkil ediləcək. Tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün son zəng mərasimləri mayın 29-da keçirilir. Tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün son zəng tədbiri isə mayın 30-da olacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 min 839, XI siniflərini 90 min 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər bitirir.
Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 min 206, XI siniflərindən 86 min 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.