Məktəblilər arasında intellektual oyun üzrə keçirilən onlayn respublika kubokunun qalibləri müəyyənləşib
Bakı, 16 mart, AZƏRTAC
VI-IX sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçirilən onlayn respublika kuboku başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışın ilk mərhələsinə 450-dən çox komanda qatılıb. Final mərhələsində isə 133 komanda iştirak edib. Nəticələrə əsasən, Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası yarışın qalibi elan edilib. Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “İstiqlal” komandası II, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası isə III yerə layiq görülüb.
Qaliblər kubok, diplom, medal, kitab kuponları ilə mükafatlandırılıb.
Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]