Məktəblilər Milli Hidrometeorologiya Xidmətində hava proqnozunun hazırlanması ilə tanış olublar
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Abşeron rayon Məmmədli kənd orta məktəbinin 8-ci sinif şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı məktəblilərə xidmətin fəaliyyət istiqamətləri, tarixi haqqında məlumat verilib, eyni zamanda, şagirdlər meteoroloji stansiyanın iş fəaliyyəti ilə tanış olublar.
Daha sonra şagirdlər xidmətin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzində hava proqnozunun necə hazırlanması ilə bağlı maraqlı məlumatlar əldə ediblər. Şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, onlar isə ekskursiya ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Sonda məktəblilərə sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]