Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında
Bakı, 18 dekabr, AZƏRTAC
Litvanın geniş izləyici auditoriyalı “rasyk.lt” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Məmməd Arazın ingilis dilinə tərcümə edilmiş “Müharibə olmasa” şeirinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi - Kanada şairi və tərcüməçisi Patrik Vudkokdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “rasyk.lt” portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Vladimir Nabokov kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]