Məmmədəli Mehdiyev: dünya çempionatı ölkəmizdə keçirildiyi üçün məsuliyyətimiz böyükdür
Bakı, 27 sentyabr, AZƏRTAC
Çox istəyirdim ki, dünya çempionatının fərdi yarışlarında medal qazanım. Ancaq qismət olmadı. Qarışıq komanda yarışlarında birliyimizi göstərib, bürünc medala sahib ola bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşə çıxacaq Azərbaycan millisinin üzvü Məmmədəli Mehdiyev deyib.
Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada komandamızın bütün gücünü səfərbər edəcəyini vurğulayıb: “Yaxşı hazırlıq keçmişik. Son görüşdə qalib gələrək bürünc medal qazanmağa çalışacağıq. Dünya çempionatı ölkəmizdə keçirildiyi üçün məsuliyyətimiz böyükdür”.
M.Mehdiyev dünya çempionatının fərdi yarışlarındakı çıxışı barədə də danışaraq deyib: “Yarış ölkəmizdə keçirildiyi üçün həyəcanlı idim. Buna görə də var gücümlə mübarizə apara bilmədim. İkinci görüşümdə hakimlərin səhvinə görə məğlub oldum. Hakim “dayan” komandası verdi, mən dayandım, amma rəqibim bundan istifadə edərək fənd işlətdi”.
Xatırladaq ki, millimiz dünya çempionatının qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığması ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]