SİYASƏT
Məntəqə seçki komissiyasının sədri: Seçicilər səsverməyə bayram əhvali-ruhiyyəsində gəlirlər
![Məntəqə seçki komissiyasının sədri: Seçicilər səsverməyə bayram əhvali-ruhiyyəsində gəlirlər](/files/2024/1/1200x630/17073175933946130134_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri artıq başa çatmaq üzrədir. Seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər. 8 saylı Binəqədi seçki dairəsinin 29 saylı seçki məntəqəsində də seçicilər səsvermədə fəal iştirak ediblər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 8 saylı Binəqədi seçki dairəsinin 29 saylı seçki məntəqəsinin komissiya sədri Saleh Quliyev deyib.
Vətəndaşların saat 08:00-dan etibarən səs vermək üçün məntəqəyə axın etdiklərini vurğulayan məntəqə seçki komissiyasının sədri deyib: “Bu seçki məntəqəsində 1288 seçici qeydiyyatdadır. Artıq 1030-a yaxın seçici səsini verib. Bu seçkilərin Zəfər seçkisi adlandırılması heç də təsadüfi deyil. Qarabağımızın işğaldan azad olunmasından sonra xalqımızda sarsılmaz ruh yüksəkliyi yaranıb. Xalqımız öz prezidentini seçmək üçün seçki məntəqələrinə bayram əhvali-ruhiyyəsində gəlir. Biz özümüz də əsl bayram əhvali-ruhiyyəsindəyik”.