SİYASƏT
Məntəqə sədri: Seçkilər başlayanda böyük bir izdihamla qarşılaşdıq
![Məntəqə sədri: Seçkilər başlayanda böyük bir izdihamla qarşılaşdıq](/files/2024/1/1200x630/170729597018954116_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
26 saylı Sabunçu birinci seçki dairəsinin 22 saylı məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin sayı 1459-dur.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı məntəqə sədri Afaq Hacıyeva deyib.
“Əvvəlki illərlə müqayisədə böyük coşqu və həvəs var. Seçicilər məntəqə açılandan sonra, artıq 08:00-da növbəli formada səs verməyə başladılar, böyük bir izdihamla qarşılaşdıq. Bu, bizi çox sevindirdi. Əslində belə də gözləyirdik, çünki biz qalib xalqıq. Ümid edirəm ki, günün sonuna qədər də bu əhval-ruhiyyə ilə davam edərik”, - deyə o qeyd edib.