MƏRKƏZİ HƏRBİ KLİNİK HOSPİTALDA ELMİ-PRAKTİKKONFRANS KEÇİRİLMİŞDİR
Silahlı Qüvvələrin tibb xidmətinin rəisi, tibb xidməti general-mayoru Dağlar Abdullayev bildirmişdir ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Konfransın keçirilməsindən məqsəd hərbi tibbi xidmətlə bağlı bəzi məsələlərin həll olunması, ağır xəstələrin müalicəsində kadrların hazırlanması və hər iki ölkənin tibbi xidmətlərinin fəaliyyəti ilə tanışlıqdır.
Tədbirdə Azərbaycan hərbi tibb xidmətinin, hərbi həkimlərimizin Qarabağ savaşı zamanı ön cəbhələrdəki hospitallarda müalicə olunan əsgərlərə göstərdikləri tibbi xidmətlərdən, mərkəzi hərbi klinik təbabətin inkişaf tarixindən bəhs edən filmlər göstərilmişdir.
Sonra “Qarın boşluğunda cərrahi əməliyyatların fəsadlaşmaları”, “Vərəm mənşəli eksudativ perikarditin müasir müalicə prinsipləri”, “Qarın yatalağının cərrahi ağırlaşmaları zamanı orqanizmin immun sistemində baş verən pozuntular və onların tənzimlənməsi” və “Qarın yatalağının cərrahi ağırlaşmaları” mövzularında məruzələr dinlənilmişdir.