MƏRKƏZİ NƏBATƏT BAĞINDA “SAĞLAM TƏBİƏT, SAĞLAM GƏLƏCƏK” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət Bağında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Sağlam təbiət, sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə “Ekologiya ili” çərçivəsində təşkil olunmuş tədbirdə SOS Uşaq Kəndləri Assosiasiyası, Gənc Əlillərin Əmək və İstirahət Evi, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsindən 80-ə yaxın uşaq iştirak etmişdir.
AQUPDK-nın uşaq problemləri şöbəsinin müdiri Sənubər Əlizadə bildirmişdir ki, əsas məqsəd uşaqlarda ətraf mühitə qayğıkeş münasibətin formalaşmasıdır.
Tədbirdə mütəxəssislər tərəfindən təbiətin qorunması, ətraf mühitin mühafizəsi, yaşıllıqların əhəmiyyəti haqqında məlumat verilmiş, uşaqların iştirakı ilə ağaclara qulluq göstərilmiş, güllər əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]