Meşə massivləri Türkiyə ərazisinin 30 faizini əhatə edir
Ankara, 11 noyabr, AZƏRTAC
Bu gün Türkiyə ərazisinin 30 faizi və ya 23,4 milyon hektar meşələrlə örtülüdür. Təkcə son 23 ildə ölkədə 7,5 milyard ağac əkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib noyabrın 11-də ölkədə keçirilən Milli Ağaclandırma Günündə bildirib.
O, BMT-nin məlumatlarına diqqət çəkib. 2020-ci ilə olan məlumata görə, Türkiyə meşələrin genişlənməsi miqyası baxımından dünyada altıncı yerdə idi, bu il isə dördüncü yerə yüksəlməsi gözlənilir.
“Təkcə bu il ölkədə 550 milyon tingin əkilməsi planlaşdırılır. Bu rəqəmlər bizi qürurlandırır”, - deyə Prezident vurğulayıb. O, 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq üçün hökumətin bütün lazımi addımları atdığına əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]