Metallurgiya sənayesində 1,3 milyard manatlıq məhsul istehsal edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-noyabr aylarında 1 milyard 327,7 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 13 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 2,1 faiz artım müşahidə edilib.
Həmin dövrdə polad boruların istehsalı 2,1 dəfə, armaturun istehsalı 42 faiz, polad tökmə istehsalı 31,9 faiz artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 31 min 496,3 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]