MƏTBUAT ŞURASININ BÜLLETENİ BURAXILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bülletenin ilk iki nömrəsi birləşdirilmişdir. Oxucular burada mətbuat şurasının nizamnaməsi, quruma şikayətlərin verilməsi və onlara baxılma qaydaları, şikayət ərizəsinin forması, jurnalistlərin peşə davranışı, mətbuat nümayəndələrinə vahid press-kartların, mətbuat orqanlarına məxsus və redaksiyaların sərəncamında olan avtomaşınlar üçün press-kartların verilməsi və geri alınması qaydaları ilə tanış ola bilərlər.
Bülletendə Azərbaycan Mətbuat Şurası təsisçilərinin və idarə heyəti üzvlərinin siyahısı da dərc edilmişdir.
Bu faydalı nəşrdə kütləvi informasiya vasitələrində şərəf və ləyaqətinin təhqir olunduğunu, jurnalistlər tərəfindən peşə etikası prinsiplərinin pozulduğunu iddia edən vətəndaşlar da unudulmamışdır. Onlara belə hallar barədə şikayət ərizəsi ilə Azərbaycan Mətbuat Şurasına müraciət etmək tövsiyə olunur. Xatırladılır ki, ərizəyə şikayətə səbəb olan yazının (illüstrasiyanın) dərc edildiyi dövri nəşr də əlavə olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]