Mətbuat Şurasının İdarə Heyətinin üzvü Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü seçilib
Bakı, 15 iyun, AZƏRTAC
Türk İnternet Media Birliyinin (TİMBİR) Ankarada Birinci Qurultayı keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təbrik məktubunun oxunması ilə başlayan qurultayda TİMBİR-in yeni İdarə Heyəti formalaşdırılıb. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də TİMBİR İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, Türk İnternet Media Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cari il martın 7-də imzaladığı sərəncam ilə qurulub. TİMBİR 104 qurucu üzvü və 1000-dən internet saytını özündə birləşdirməklə bərabər, 15 ölkədə fəaliyyət göstərir.
Qurumun gələcək hədəflərində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin internet xəbərçiliyi ilə məşğul olan quruluşlarını birliyə cəlb etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]