Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mətbuat tariximizdən: “Sovet Ermənistanı” qəzetinin azərbaycanlı redaktorları - Araşdırma

Mətbuat tariximizdən: “Sovet Ermənistanı” qəzetinin azərbaycanlı redaktorları - Araşdırma

Bakı, 23 iyul, AZƏRTAC

1939-cu ildən “Sovet Ermənistanı” adı ilə nəşr edilən qəzetin ilk məsul redaktoru Qərbi Azərbaycanda ictimai xadim kimi tanınan Cəfər Vəlibəyov olub. O, qəzetin redaktoru vəzifəsinə ictimai əsaslarla təyin edilib. Redaktorlar bir qayda olaraq Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təyin olunurdu. 1939-cu ildən 1989-cu ilədək olan dövrdəki məsul redaktor, redaktor, redaktor əvəzi, redaktor müavini kimi təyinatlar barədə məlumatları yalnız bu mətbu orqanın səhifələrində tapmaq mümkündür. Qəzetin 1946-cı ildə çap olunan 36-cı nömrəsinədək redaktoru Cəfər Vəlibəyov, 37-58-ci nömrələrdə isə Yusif Abbasov redaktor müavini kimi fəaliyyət göstərib. Sonra C.Vəlibəyov 1940-cı il 59-65-ci nömrələrdə yenidən məsul redaktor olub.

1940-cı ildə qəzetin 66-69 və 211-242-ci nömrələrində redaktor vəzifəsinin redaktor müavini kimi Yusif Abbasova həvalə edildiyinə rast gəlirik. 1940-cı ildə cəmi 302 nömrəsi işıq üzü görən qəzetin səhifələrində məsul redaktor kimi Cəfər Vəlibəyovun adına müəyyən fasilələrlə 4 dəfə, Yusif Abbasovun redaktor müavini kimi adına 3 dəfə rast gəlinir. 1941-ci ildə 310 nömrəsi çap olunmuş qəzetin bütün nömrələrində məsul redaktor C.Vəlibəyov olub.

Bu faktlar filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Sovet Ermənistanı” qəzetinin redaktorları” adlı araşdırmasında yer alıb. AZƏRTAC həmin araşdırmanı təqdim edir.

1942-ci ilin 11 iyun tarixli 136-cı nömrəsində qəzetin məsul redaktoru Salman Rəhimov olub. Onun redaktorluğu cəmi bir gün çəkib. 1942-ci ildə qəzetin cəmi 301 nömrəsi çap olunub. Həmin ilin 130-150, 158-190 və 236-301-ci nömrələrində Cəfər Vəlibəyov qəzetin məsul redaktoru, 151-157 və 191-231-ci nömrələrində qəzetin məsul redaktor əvəzi Salman Rəhimov, 232-235-ci nömrələrində isə Yusif Abbasov redaktor müavini kimi göstərilib. 1943 və 1945-ci il nömrələrini ardıcıl izlədikdə çox qısa müddətdə redaktor əvəzi kimi Əziz Nağıyevin və redaktor müavini kimi isə Məmməd Xəlilovun adlarına rast gəlinir.

Cəfər Vəlibəyov, eyni zamanda, 1939-cu il sentyabrın 26-dan 1945-ci il yanvarın 26-dək “Sovet Ermənistanı” qəzetinin redaktoru olub.

1945-ci il yanvarın 28-dən etibarən qəzetin məsul redaktor əvəzi Rəhim Allahverdiyev təyin edilib. 1946-cı il mart ayının 7-dək qəzetin məsul redaktor əvəzi vəzifəsində çalışan Rəhim Allahverdiyev 1946-cı ilin martın 8-dən etibarən qəzetin məsul redaktoru vəzifəsinə təyin edilir. O, 1947-ci ilin dekabr ayının 8-nə kimi qəzetin məsul redaktoru vəzifəsində çalışıb. 1945-ci ildə qəzetin 158, 1946-cı ildə 153, 1947-ci ildə 180 nömrəsi işıq üzü görüb. Həmin dövrlərdə çox qısa müddətdə qəzetə redaktor müavini kimi rəhbərlik etmiş Məmməd Xəlilov və Lətif Hüseynovun adlarına da rast gəlinir.

Rəhim Allahverdiyev 1948-ci il deportasiyası ilə əlaqədar olaraq qəzetin redaktoru vəzifəsindən uzaqlaşdırılaraq Azərbaycana köçməyə məcbur olub. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarına uyğun olaraq 1947-ci il dekabrın 19-dan ikinci dəfə qəzetin məsul redaktoru vəzifəsinə yenidən Cəfər Vəlibəyov təyin edilir. Ümumiyyətlə, C.Vəlibəyov bir neçə dəfə fasilələrlə qəzetin redaktoru təyin edilib. O, eyni zamanda, ən məhsuldar qələm sahiblərindən biri idi və tez-tez müxtəlif səpkili mövzularla qəzetdə çıxış edirdi.

1948-ci il yanvarın 1-dən etibarən qəzetin redaktoru vəzifəsinə Rza Vəlibəyov təyin edilir. O, 1949-cu il iyulun 10-dək məsul redaktor vəzifəsində çalışıb. 1948-ci ildə qəzetin 13-27, 131-156, 71-82 və 123-124-cü nömrələrində qəzetin məsul redaktor müavini kimi Lətif Hüseynovun adı göstərilir.1948-ci ildə qəzetin 256, 1949-cu ildə isə 257 nömrəsi çap olunub. 12 iyul 1949-cu ildən Cəfər Vəlibəyov yenidən 4-cü dəfə qəzetin redaktoru vəzifəsinə təyin edilir. Əslində erməni şovinist dairələri qəzetdə tez-tez kadr dəyişikliyi həyata keçirməklə onlar üçün yaranmış əlverişli “tarixi” şəraitdən istifadə edərək Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin ahəngdar fəaliyyətini əngəlləyərək, bununla da öz məkrli məqsədlərinə nail olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda ictimai, ədəbi-mədəni mühitin aparıcı nümayəndələrindən olan Cəfər və Rza Vəlibəyov qardaşlarının redaktorluğu dövründə “Sovet Ermənistanı” qəzeti bütün sahələrdə inkişaf etmiş, onların dirənişi sayəsində erməni şovinist dairələri bu mətbu orqana müəyyən qədər diqqət yetirməyə məcbur olmuşdular.

Qəzetin ən çətin dövrlərində onların hər ikisi onun bütün ağırlığını öz çiyinlərində daşımışdılar. “Zəngi” qəzetində müxbirlikdən başlamış, sonralar məsul redaktorluğa yüksəlmiş Cəfər və Rza Vəlibəyov qardaşlarını vaxtilə onlarla birlikdə çalışanlar bu gün də minnətdarlıqla xatırlayırlar. Araşdırmalar göstərir ki, qəzetin ən uzunömürlü məsul redaktoru Cəfər Vəlibəyov olub. Çox qısa fasilələrlə qəzetin məsul redaktoru vəzifəsi 22 dəfə redaktor müavini Əli Həsənova həvalə edilib. O, 1949-1960-cı ilədək “Sovet Ermənistanı” qəzeti redaksiyasında əvvəlcə partiya həyatı şöbəsinin müdiri, sonra isə redaktor müavini vəzifəsində işləyib.

Həmin illərdə redaktor müavini kimi üç dəfə Lətif Hüseynovun adına rast gəlinir. 1950-ci ildə qəzetin 264,1955-ci ildə 258, 1956-cı ildə 261, 1957-ci ildə 258, 1958-ci ildə 260, 1959-cu ildə isə 256 nömrəsi çap olunub.

1959-cu il dekabrın 30-da redaktor vəzifəsi qəzetin redaktor müavini kimi yenidən Əli Həsənova həvalə edilir. Əli Həsənov 8 iyul 1960-cı il 1-135-ci nömrələrdə qəzetin redaktor müavini, 28 avqust 1960-cı il 136-172-ci nömrələrdə isə redaktor əvəzi kimi göstərilir. 1960-cı il avqust ayının 30-dan etibarən isə qəzetin redaktoru vəzifəsinə Həbib Həsənov təyin olunur. O, 1973-cü ilin sonunadək bu vəzifədə çalışıb. Həmin dövrləri “Sovet Ermənistanı” qəzeti üçün uğurlu dönəm hesab etmək olar. Bu illərdə qəzetin tirajı 18-20 min nüsxəyə yüksəlmişdi, aktual mövzuları əhatə edən yazılar oxucuları daha çox cəlb edirdi.

Qəzetin 6-cı redaktoru 1974-cü ilin mart ayının 1-dən Məhərrəm Bayramov olub. Lakin onun redaktorluq dövrü çox böyük faciəvi sonluqla başa çatıb. O, 1981-ci ilin yanvar ayının 6-da İrəvanda “Polyak” ləqəbli erməni killer tərəfindən güllələnərək qətlə yetirilib. Bu qətl erməni şovinist dairələri tərəfindən əvvəlcədən planlı şəkildə hazırlanmış bir hadisə idi. Həmin hadisəni 1988-ci ilin sonu, 1989-cu ilin əvvəlində azərbaycanlıların kütləvi şəkildə köçürülməsi prosesinə hazırlığın ilkin başlanğıcı hesab etmək olar. Çünki belə bir böyük nüfuza sahib azərbaycanlı dövlət xadiminin qətlə yetirilməsi, onun ardınca 1983-cü il aprelin 24-də Zəngibasar hadisələrinin baş verməsi bunun təzahürüdür. Əvvəllər bolşevizm pərdəsi arxasında gizlənmiş erməni millətçiliyi bu hadisələrdən sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiqlər özünü bütün sahələrdə açıq-aşkar qabarıq şəkildə göstərməyə başladı.

Qəzetin redaktoru vəzifəsi 1981-ci ilin yanvar ayının 8-dən etibarən redaktor müavini İsrafil Məmmədova həvalə edilib. O, bu vəzifəni 1981-ci ilin may ayının 26-na kimi yerinə yetirib.

1981-ci ilin may ayının 27-də “Sovet Ermənistanı” qəzetinin redaktoru Cahangir Əliyev təyin edilib. O, 1984-cü ilin dekabr ayının 11-nə kimi redaktor vəzifəsində çalışıb. Həmin illərdə qısa fasilələrlə redaktor vəzifəsi redaktor müavini İsrafil Məmmədova həvalə edilib.

1985-ci ilin yanvarın 21-də qəzetin səkkizinci redaktoru Zərbəli Qurbanov təyin olunub. Qəzetin səhifələrində müxtəlif vaxtlarda bu mətbu orqanın redaktor müavinləri olmuş İsrafil Məmmədovun, Allahyar Rəhimovun çox qısa fasilələrlə redaktor vəzifəsini icra etdiyinə rast gəlmək mümkündür.

Zərbəli Qurbanov 1988-ci il dekabrın 6-na kimi qəzetin redaktoru olub. 1988-ci il dekabrın ortalarından etibarən bu vəzifəyə 1977-ci ildən redaktor müavini kimi çalışan İsrafil Məmmədov təyin edilib. O, 1989-cu ilin əvvəllərinə qədər “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifəsində çalışıb və qəzetin 9-cu – sonuncu redaktoru olub. 1988-1989-cu illərdə azərbaycanlı əhalinin öz tarixi torpaqlarından kütləvi şəkildə, zor gücünə son nəfərinədək qovulmasından sonra “Sovet Ermənistanı” qəzetinin də fəaliyyəti dayandırılıb.

1989-cu ilin əvvəllərinə qədər fəaliyyət göstərən, erməni şovinistlərinin əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil etmiş “Sovet Ermənistanı” qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbaycanda xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir