Mətbuat: Türkiyə ordusu İraqın şimalında mövcudluğunu genişləndirir
Ankara, 11 avqust, AZƏRTAC
Türkiyə ordusu İraqın şimalında Pençe-Kilit antiterror əməliyyatı zonasında ən azı beş yeni dayaq məntəqəsi yaratmağa hazırlaşır.
AZƏRTAC “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyə hərbçilərinin İraqın Təpə Bahar bölgəsində “PKK terrorçularına qarşı mübarizənin effektivliyini artıracaq” yeni dislokasiya məntəqələrindən istifadə edilməsi planlaşdırılır. Ərazinin minalardan təmizlənməsi üzrə işlər artıq aparılıb.
Türkiyə hərbçilərinin məlumatına görə, terrorçular Miska kəndini xüsusilə çoxlu sayda minalayıblar, bu da istehkamçılar tərəfindən ərazinin təmizlənməsi üçün birgə səylər tələb edib.
Bəzi yaşayış məntəqələrində silah və döyüş sursatı olan anbarlar aşkar olunub. Aşkar edilmiş minalar və sursatlar məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]