Metroda QR biletdən istifadə edənlərin sayı 20 faiz artıb
Bakı, 3 aprel, AZƏRTAC
Bakı metrosunun bütün stansiyalarında ötən ilin dekabr ayının 30-da istifadəyə verilmiş QR biletlə ödəmə sisteminin populyarlığı daha da artmaqdadır.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, martda bu üsula müraciət edənlərin sayı əvvəlki ayla müqayisədə 20 faiz artıb. Belə ki, fevral ayında orta statistik hesabla gün ərzində 5104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5728 nəfər təşkil edib.
Ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ödəniş edilib.
Stansiyalar arasında rekord göstərici yenə metronun “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istifadəçi sayı isə 177 min 567 təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:23]
Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib
- 11.06.2026 [10:21]
Dünya birjalarında neft bahalaşıb
- 11.06.2026 [10:20]
Azərbaycan nefti 96 dollara satılıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]