Millətlər Liqası: Portuqaliya qələbə qazanıb, İspaniya xal itirib
Bakı, 6 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə Azərbaycan - İsveç (1:3) oyunu ilə yanaşı, 8 qarşılaşma keçirilib. A Liqasında Danimarka İsveçrəni 2:0, Portuqaliya Xorvatiyanı 2:1, Polşa Şotlandiyanı 3:2 hesabı ilə məğlub edib. İspaniya - Serbiya görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Azərbaycan millisinin yer aldığı C Liqasında Slovakiya Estoniyadan 1:0, Şimali İrlandiya Lüksemburqdan 2:0 üstün olub. Belarus və Bolqarıstan komandaları arasında qarşılaşma qolsuz yekunlaşıb. D Liqasında isə bir görüş baş tutub. San-Marino doğma meydanda Lixtenşteyni məğlub edib - 1:0. Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyunları sentyabrın 8-dən 10-dək, oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]