Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Rauf Əliyevə məxsus əşyalar təhvil verilib
Bakı, 26 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Rauf Əliyevə məxsus əşyalar təhvil verilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, şəhidin şəxsi əşyaları Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı Ramiyə İsmayılova vasitəsilə təqdim edilib.
Rauf Əliyev 1994-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, Müdafiə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətində döyüşlərdə iştirak edib, Hadrutun Ərgünəş kəndində şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.