Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına dair materiallar Rusiyada nəşr olunan kataloqda yer alıb
Bakı, 24 fevral, AZƏRTAC
Rusiya Mədəniyyət Nazirliyi tərəfindən Ümumrusiya Dekorativ Sənətlər Muzeyində “İmperiya i Kavkaz. Orujiye, obmundirovaniye, ratnıye traditsii. XIX - naçalo XX veka” adlı sərgi təşkil olunub.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə yerli və xarici ölkə muzeylərindən, habelə şəxsi kolleksiyalardan 600-dən çox əşya nümayiş etdirilir. Sərginin fotoşəkillərdən ibarət eyniadlı kataloqu da nəşr olunub. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından materiallar da bu kataloqda yer alıb. Muzeyin Silahlar və bayraqlar, Təsviri materiallar fondlarının eksponatlarının fotosurəti və onlar haqqında məlumat verilib. Həmin eksponatlar xanlıqların bayraqları, XIX əsr və XX əsrin əvvəllərinə aid silahlar, rəsm əsərləri və s. ibarətdir.
Kataloqun hazırlanmasında göstərilən elmi dəstəyə göyə redaksiya heyəti nəşrdə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]