Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli ideya:Xalqın sərvəti və səmərəli inkişafın qarantı

(Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə məxsusi müsahibəsinə politoloq və maraq göstərən oxucunun refleksiyaları)

Son illər milli ideya politologiya elmində müəyyən siyasi diskursu diktə edir. Milli ideyanın kütləvi şüurda dərin kök saldığı, xalqın ehtiram bəslədiyi, o cümlədən mənəvi dəyərlərin məcmusunda əks olunduğu cəmiyyətlərdə bu ideya əvvəlcə çox sadə və anlaşıqlı, mümkün qədər yığcam həqiqətlərin və məqsədlərin toplusu kimi çıxış edir, cəmiyyətin bütün əsas mənəvi və praktiki həyat fəaliyyəti sistemlərinin oriyentasiyasını dəyişərək təcəssüm olunurdu. Milli ideya həm bütün ideoloji konstruksiya, həm də KİV, təhsil, kitab nəşri, mədəniyyət və digər sosial translyatorlar sistemi üçün özünəməxsus bir prizma, rəng süzgəcidir. Milli ideya müxtəlif sosial proqramların və layihələrin prioritetli düzülüşü də daxil olmaqla praktiki, həyati reallıqların qavranmasını və təkrar istehsalını süzgəcdən keçirir.

Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış azərbaycançılıq ideyası bədxahlarımızın təqdim etməyə çalışdıqları kimi, ideoloji element deyil, Azərbaycan xalqının istər partiyalı, istər bitərəf, dini və dünyəvi, müxalifətçi və iqtidarı dəstəkləyən insanların ictimai şüurunun yeni inkişaf paradiqmalarıdır. Ümummilli liderin bizə vəsiyyət etdiyi azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyasına çevrilmişdir. Azərbaycanın polietnik təbiəti hələ Aristotel tərəfindən xalqın yüksək etik kamillik və məsuliyyət hissi kimi əsaslandırılmış “birlikdə yaşamaq” ideyasını doğurmuşdur. Bu siyasət nəticəsində “millət” anlayışının strukturuna özünüidentifikasiyanın bütün kollektiv formaları: etnik, dini, sosiomədəni, siyasi və digər formaları daxil edilmişdir. 1993-cü ilin iyun ayından sonra milli ideya milli müstəqillik və suveren dövlət formulu üzrə inkişaf edir. Bu gün də polietniklik müasir Azərbaycanı səciyyələndirən dəyər kimi milli identifikasiyanın yeni formasını inkişaf etdirir, onu Azərbaycan millətinin geniş mənada davamlı inkişafı və dövlət müstəqilliyinin möhkəmlənməsi formatında azərbaycançılıq ideologiyası ilə eyniləşdirir. Azərbaycançılıq ideyası, eyni zamanda milli varlığın məqsədi, üsulu və formulu olan ideal kimi çıxış edir. Buna görə də belə deməyə haqqımız vardır ki, azərbaycançılıq ideyası bütün xalqın ideyasıdır!

Avropa və Amerika politoloqlarının komparativ araşdırmasında hesablanmışdır ki, “milli ideya” kontentinə münasibətdə on beşdən çox müxtəlif metaforik modeldən istifadə edilir. Bu modellər kütləvi şüurda milli ideyanı siyasi liderlərin şəxsiyyəti ilə fərdiləşdirməkdən başlamış, onun nəhəng bir ağacın tacı və budaqları şəklində təsvir edilməsinə qədər çox geniş diapazona malikdir. Əlbəttə, milli ideyanın bu cür kollektiv persepsion qiymətləndirilməsi həmişə çox təqribidir, ən əvvəl ona görə ki, abstraksiya dərəcəsinə görə hər bir xalqın metaforları müxtəlifdir, buna baxmayaraq bu variantda miqdari təhlil olduqca ibrətamizdir, çünki siyasi aktorların orta hesabla hər iki nəfərindən biri milli ideyanı siyasi lider vasitəsilə qavrayır, hər üç nəfərdən biri isə milli ideyanı öz həyatının təməli, əsası, bazisi kimi başa düşür. Bu baxımdan haqlı olaraq bütün xalq tərəfindən məhz ümummilli lider kimi tanınmış Heydər Əliyevin şəxsiyyəti vasitəsilə azərbaycançılıq identifikasiyası aşkar nəzərə çarpır. Bununla paralel olaraq, Azərbaycan cəmiyyətinin kollektiv şüurunda bu ideyanın bütövlükdə Azərbaycanın və özünü güclü dövlətin tərkib hissəsi hesab edən hər bir vətəndaşın layiqli inkişafının bünövrəsi kimi dərk edilməsi prosesi gedir.

Qloballaşmaqda olan dünya şəraitində milli fərqlərin nivelirlənməsi meyillərinə cavab olaraq milli ideya anlayışı təkcə siyasət elmində deyil, adi insanların gündəlik leksikonunda da ən populyar və aktual ideyalardan birinə çevrilir. İndi milli ideya anlayışından peşəkar siyasətçilər də istifadə edir, jurnalistlər də, siyasətdən uzaq olan adamlar da. Milli ideya ayrı-ayrı millətlərin, xalqların, bütövlükdə cəmiyyətin siyasi şüurunun və siyasi davranışının bir növ inteqral xarakteristikasına çevrilmişdir. Elmi, siyasi və sosial rəylər fonunda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə verdiyi “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” sərlövhəli məxsusi müsahibə aktuallığı və yeniliyi ilə fərqlənir.

Dərin elmi baza, fəlsəfi refleksiya məharəti və peşəkar dövlət xadiminin çox ciddi siyasi təhlili Azərbaycan cəmiyyətində həmişə səmimi diqqətə, fəal marağa və öz fikirlərini bölüşmək arzusuna səbəb olur. Bəri başdan deməliyəm ki, bu istək təkcə bizdə - Azərbaycan ictimaiyyətşünaslarında deyil, hətta ölkəmizin növbəti uğurlarına həsəd apardıqlarını gizlətmədən, bu uğurların hesabını aparan təkəbbürlü bədxah ermənilərin ürəyində də baş qaldırır. Erməni alim və jurnalistlərinin böhtan xarakterli araşdırmalarına və qərəzli yalanlarına bir qədər sonra qayıdacağam, burada isə onların gizlədə bilmədiyi həsədə səbəb olan Azərbaycan reallıqları ilə bağlı faktları cəmi iki sətirdə göstərmək istəyirəm. Bunlar Avropanın ən möhtəşəm mədəni yarışmasında qələbəmiz və BMT Təhlükəsizlik Şurasının üzvü statusu almağımızdır. Bu əlamətdar nailiyyətlər Prezident İlham Əliyevin dürüst götür-qoy edilmiş səmərəli siyasətinin nəticəsi, ölkəmizin beynəlxalq nüfuzunun etiraf edilməsi deməkdir. Akademik R.Mehdiyev yazır: “Bütün bunlar azərbaycanlıların kollektiv şüurunda Vətəni ilə bağlı qürur hissi doğurur”.

Müasir milli ideyanı zənginləşdirən fakt ondan ibarətdir ki, vətəndaş özünü dövlətin bir hissəsi kimi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin zəruriliyini hiss edir. Biz “Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir ” qənaətinə gəlmiş akademik Ramiz Mehdiyevin fikri ilə tam razıyıq.

Akademik R.Mehdiyev milli ideologema haqqında elmi təsəvvürlərin məcmusunda “azərbaycançılığın” ümummilli xarakterini açıqlayan, Vətənimizin hər bir vətəndaşının şərəf və ləyaqətini qoruyan fikirlərin, qiymətlərin, hisslərin, təsəvvürlərin bütün qammasını konseptuallaşdıran tarixi və nəzəri konstruksiyalar təklif edir. Milli ideyanın təbiəti və mahiyyəti haqqında təməl xarakterli bu təsəvvürlər elə bir özünəməxsus bünövrədir ki, müəllifin elmi araşdırmalarının, praktiki müşahidələrinin və “Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkülü və transformasiyasının bitkin konstruksiyasının formalaşması” haqqında gəldiyi nəticələrin məcmusu həmin bünövrə üzərində qurulur. R.Mehdiyev zəngin tarixi baza əsasında inandırıcı şəkildə bildirir ki, milli ideologiya təməl əhəmiyyətinə malikdir, bu ideologiyada milli hərəkatın məqsədləri ifadə edilir, həmçinin həmin məqsədlərə nail olmağın yolları və vasitələri göstərilir. Milli ideologiya millətin fəallığını ideal şəkildə düzülmüş hədəflərin müəyyən sistemi kimi təqdim edir, görkəmli şəxsiyyətlərin fəaliyyətinə məqsəd istiqaməti verir.

Mən bu məqalənin əvvəlində erməni alimlərinin milli həsəd və təkəbbürü barədə söz açmışdım. Ümumbəşəri əxlaq baxımından o qədər də hörmətə layiq olayan bu keyfiyyətləri sübut etmək istərdim. Akademik Ramiz Mehdiyevin müsahibəsi dərc ediləndən dərhal sonra ermənipərəst Regnum saytında Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri, professor Qarnik Asatryanla müsahibə dərc olunmuşdur. Ermənistanın populyar KİV-ləri həmin müsahibəni təkrar çap etmişlər. Akademik Ramiz Mehdiyevin elmi nüfuzu təkcə ölkəmizdə deyil, dünya ictimai elmində də o qədər aşkardır ki, onun müdafiəyə ehtiyacı yoxdur. Lakin mən sadəcə olaraq erməni saxtakarların növbəti uydurmasını təkzib etmək istərdim. Əvvələn, söhbətin mövzusunun qoyuluşu milli ideyadır: bu ideyada milli azlıqlara yer ayrılmışdırmı? Mən demoqrafik arqumentlərə müraciət etməyəcəyəm, çünki bu arqumentlərin polietnik dövlət olan Azərbaycanın xeyrinə olması aşkardır. Sadəcə olaraq, mən həmin sualı erməni professora vermək istərdim: yəni doğrudanmı ermənilərin “böyük Ermənistanı” bərpa etmək ideyasında kiçik xalqlara yer vardır? Əgər vardırsa, onlar hansı xalqlardır? SSRİ-nin mövcud olduğu bütün tarixi dövrdə mərkəzləşdirilmiş assimilyasiya həyata keçirildiyi şəraitdə Ermənistan kiçik xalqlara o qədər də rəğbət göstərmədən monoetnik respublika kimi qala bilmişdir.

Həmin professora bunu da xatırlatmaq istərdim ki, “qaynar qazan” ideyası akademik Ramiz Mehdiyevin kəşfi deyil, dünya etnosiyasəti baxımından millətin formalaşması barədə səmərəli nəzəriyyədir. İlk dəfə ABŞ-da sınaqdan çıxarılmış “qaynar qazan” modeli “Amerikanın mənafeyi hər şeydən ucadır” konsepsiyasının formalaşmasına kömək etmiş, bu milli ideya ABŞ üçün inkişafın həlledici oriyentirinə çevrilmişdir. Gördüyünüz kimi, ABŞ-ın əsasını qoyanlar “etnik korpusun formalaşmasını” (Milli ideya yalnız formalaşmış etnik korpus olduqda yarana bilər. Q.Asatryanın müsahibəsindən sitat.) gözləmədən dövlət yaratmışlar. Təbii ki, həmin dövlət həyat səviyyəsinə və dünya siyasətinə təsir dərəcəsinə görə müasir Ermənistanla bərabər tutula bilməz və yəqin ki, heç özü də bunu istəməz. BMT İnkişaf Proqramının “Miqrasiya və insan potensialının inkişafı: imkanlar və çağırışlar” adlı illik məruzəsində qeyd edilir ki, 1991-ci ildən başlayaraq 700 mindən 1 milyon 300 minə qədər insan, yaxud əhalinin təqribən 30 faizi Ermənistandan mühacirət etmişdir. Yenə həmi sənəddə qeyd edilir ki, yüksək ixtisaslı mütəxəssislərin Ermənistanı tərk etməsi ölkənin inkişafına, xüsusən sosial və mədəni kapitalın təkrar istehsalına mənfi təsir göstərir. Lakin ümid vardır ki, Ermənistandan olan mühacirlər qonaqpərvər ölkələrdə etnik korpus yaratmaq üçün köçüb getmişlər. Təəssüf ki, Azərbaycan xalqı bu cür qonaqpərvərliyin nəticələrinə həddən artıq yaxşı bələddir.

Akademik Ramiz Mehdiyev qanunauyğun olaraq dünya tarixinin elə dövrünə müraciət edir ki, onun fikrincə həmin dövr dünya geosiyasətində tektonik dəyişikliklər, Rusiya imperiyasının dağılması və müstəmləkə xalqları tərəfindən müstəqil dövlət qurulması üçün şərait yaranması ilə səciyyəvidir. R.Mehdiyev yazır: “Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bır sıra başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərlə birləşdirirdilər”.

Azərbaycanda elitar təbəqənin intellektual qüvvələri milli birliyi inteqrasiya edən dəyərlər yaratmış, milli mənafeləri ifadə etmişlər. Lakin əsas məsələ ondan ibarətdir ki, milli ideallar kütləvi milli identifikasiyanın, insanların tərəfdar olduğu norma və dəyərlərin Azərbaycan millətinin məxsusi həyat fəaliyyəti və onun qorunub saxlanması üçün nadirliyini və ötəri olmayan əhəmiyyətini başa düşməyin ideya-mənəvi əsası kimi çıxış edir.

Zənnimcə, akademik R.Mehdiyevin təklif etdiyi bu konstruksiyada izlənən kulturoloji paradiqmanın metodologiyası bunu əsas götürür ki, siyasətin bütövlüyü və onun cəmiyyətlə vəhdəti insanın bütövlüyü ilə müəyyən edilir. Buna görə də oxşar yanaşmanın tərəfdarları (M.Şeller, F.Boas, E.Kanetti, X.Arendt və başqaları) siyasəti insanların mənalı fəaliyyəti hesab edir, onun əsas vəzifəsini isə insanın yaradıcı funksiyasının həyata keçirilməsində görürlər. Akademik R.Mehdiyevin yazdığı kimi, bu halda “vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur”. Ona görə də insanların siyasi həyatda ümumi, müştərək marağı süni şəkildə modelləşdirilmiş, məsələn, hakimiyyətdən qaynaqlanan hiptetik məqsəd deyil, yalnız insanların şəxsi maraqlarının tarazlaşdırılmasının nəticəsi ola bilər. Bu cür yanaşma hər hansı təşkilatın və ya bir qrup şəxsin insanlara onların dərk etmədiyi ehtiyac və məqsədləri zorla qəbul etdirməyin mümkünlüyünü rədd edir. Mühüm faktdır ki, bu cür yanaşmada ümumi qrupun marağının müqavilə xarakteri siyasi məqsədlərə nail olmağın əsas mexanizmi - konsensus və kompromis kimi nəzərdən keçirilir. Nəticədə siyasət münaqişələrlə dolu gərgin münasibətlər sistemindən sabit və ahəngdar inkişaf sahəsinə çevrilir. Vətənimizin tarixinin ən dramatik dövründə xalqın köməyə çağırdığı ümummilli lider Heydər Əliyev milli mənafelərin katalizatoru, Azərbaycan millətinin ləyaqətinin müdafiəçisi oldu. Heydər Əliyevin dahi zəkası, siyasi istedadı və dövlətçilik iradəsi Azərbaycan dövlətini tam azadlıq və müstəqillik yoluna çıxardı.

Ölkədə demokratik prosedurların institusionallaşması demokratik dəyişikliklər prosesinin nəticəsi olmuş demokratiyanın möhkəmlənməsi üçün zəruri əsas yaratmışdır.

Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının formalaşması tarixini obyektiv dövrlərə bölməyi təklif edir, yeddi müstəqil dövrü fərqləndirir. Bu analitik müsahibənin dərin elmi nəticələri üzərində düşünərək, hər bir dövr haqqında kifayət qədər geniş şərhlər yazmaq olardı. Lakin mən öz elmi maraqlarımı və həyat təcrübəmi nəzərə alaraq iki müasir mərhələ: 1993-2003-cü illər və 2003-cü ildən bu günə qədər olan dövr üzərində ətraflı dayanmaq istəyirəm.

Ramiz Mehdiyev sübut edir ki, 1993-cü ilin yayından 2003-cü ilin sonuna qədər keçən onillikdə uğurlu demokratik tranziti təmin etmiş siyasi inkişafın dominantı ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması və ölkənin gələcək iqtisadi artımının və siyasi inkişafının əsaslarının yaradılması olmuşdur. 2003-cü ilin sonundan başlayaraq siyasi qərar və hərəkətlərin ardıcıllığı və bir-birini qarşılıqlı şərtləndirməsi, dövlət idarəçiliyinin strategiya və texnologiyalarının seçimi regional və qlobal aspektlərdə Azərbaycanın yeni mövqeyini müəyyən etmişdir.

Demokratik proseslərin qloballaşması (onların ən vacibləri demokratiyaya normativ münasibət və demokratik idealların kütləvi cəlbediciliyidir) ilə müəyyən olunan xarici amillərin əhəmiyyətinin get-gedə artması milli ideyanı müstəqil dövlətin inkişafının və xarici siyasi münasibətlər qurulmasının keyfiyyətcə yeni azimutları ilə zənginləşdirmişdir. Akademik Ramiz Mehdiyevin fikrincə, “dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində ictimai şüur tədricən elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərir, inkişafın perspektivlərini və prioritetlərini real hiss edir”. Bu elmi mövqe ilə razılaşmamaq olmaz, çünki milli ideyanın rəqabət qabiliyyətli paradiqmasının tamamilə əsaslı olmasını sübut etməsinin şahidiyik. Akademik Ramiz Mehdiyev qeyd edir ki, iqtisadi və demokratik tranzitin, dövlət həyatının bütün sahələrində innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı paradiqmaya yönələrək, hakim və ictimai-siyasi elitanın şüurunda üstünlük təşkil edir.

Mənə belə gəlir ki, bu prioritetləri aşağıdakı istiqamətlərdə müəyyən etmək olar: birinci, milli birliyin və müvafiq identikliyin qorunması və möhkəmlənməsi; ikinci, iqtisadi inkişafın yüksək səviyyəsinə nail olmaq; üçüncü, demokratik prinsiplərin qəbul edilməsi, əsas siyasi təsisatlara etimad, şəxsiyyətlərarası etimad, vətəndaşlıq və vətənpərvərlik hissini nəzərdə tutan mədəni norma və dəyərlərin kütləvi şəkildə yayılması.

Akademik Ramiz Mehdiyev haqlı olaraq belə hesab edir ki, “Prezident İlham Əliyev müstəqilliyimizin iyirminci ilində ölkəyə uğurla rəhbərlik edir və dövləti yeni üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə keçməyə doğru aparır. Ölkə tarazlı və ardıcıl siyasət sayəsində həm mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə daha çox uğurlar qazanır”. Bu fakt Prezident İlham Əliyevin siyasi kursunun ölçülüb-biçilmiş və səmərəli olmasına dəlalət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli ideya milli siyasi məkanın demokratikləşməsini, hərtərəfli iqtisadi tərəqqi və inkişafı, dünya birliyinə inteqrasiyanı, habelə Azərbaycan millətinin milli ruhunu və bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamağı əks etdirir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev siyasi idarəçiliyin praktik və nəzəriyyəçisi olmaqla, öz ənənələrinə sadiq qalaraq, ictimai-siyasi diskussiyaların təşəbbüskarı kimi çıxış edir, elmi-nəzəri fikrin ən aktual problemlərini müəyyənləşdirir, postmodern dövründə Azərbaycanın ləyaqətlə qarşılamalı olduğu çağırışları göstərir.

Hörmətli akademikimizə tam səmimi təşəkkürümü bildirmək istərdim. Hər şeydən əvvəl ona görə ki, o, Azərbaycan fəlsəfi-siyasi elmində durğunluq yaranmasına imkan vermir, elmi polemikanı yüksək səviyyədə saxlamağı bacarır, bununla da elmi vicdan, tədqiqat istiqamətlərinin geniş diapazonu, öz Vətəninə xidmət etmək arzusunun güclü və səmimi olması baxımından Azərbaycan alimlərinə nümunə göstərir.

Aqiyə Naxçıvanlı

siyasi elmlər doktoru,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb