Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açılacaq sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə dahi sənətkarın Azərbaycan təbiətini, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40-dan çox rəngkarlıq tablosu, eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş olunacaq.
Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]