Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli inkişaf və milli təhlükəsizlik: XXI əsrin çağırışları

Milli inkişaf və milli təhlükəsizlik: XXI əsrin çağırışları

Professor Əli Həsənovun “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” monoqrafiyası müasir siyasətşünaslıq elminə dəyərli töhfədir

Yaşadığımız müasir dünya geosiyasi münasibətlər sisteminin mürəkkəbliyi, superdövlətlərin regional maraqlarının bu və digər dərəcədə toqquşması, özünü az qala hər addımda büruzə verən ikili standartlar ilə xarakterikdir. Xüsusən planetimizin strateji nöqtələrindən biri olan Qafqaz regionu, dövlət müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan bu mürəkkəbliyi öz üzərində daim hiss edir. Bəxtimiz onda gətirib ki, belə çətin bir dövrdə böyük siyasətçi və strateq Heydər Əliyev XX əsrin sonlarında imdadımıza yetişərək milli dövlətçiliyimizin sarsılmaz əsaslarını qoydu. Prezident İlham Əliyev estafeti inamla qəbul edərək milli inkişaf və milli təhlükəsizlik siyasətini XXI əsrin çağırışlarına uyğun yeni çalarlarla zənginləşdirdi. Nəticədə Azərbaycan dinamik inkişaf yoluna çıxdı, dünyada söz və nüfuz sahibinə çevrildi. Gənc Azərbaycan dövlətinin bu uğurunun da, dövrün çətinliklərindən və ziddiyyətlərindən doğan maneələri məharətlə, mümkün qədər az itkilərlə dəf etməsinin sirrini də çox dəqiqliklə ölçülüb-biçilən bu uzaqgörən siyasətdə axtarmaq lazımdır.

Müasir dövrün geosiyasi mürəkkəbliyi

Bir oxucu olaraq, məni müasir dövrün geosiyasi mürəkkəbliyi barədə bir daha düşünməyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor, siyasətşünas alim Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” adlı monoqrafiyası vadar etdi.

Biz professor Əli Həsənovu, eyni zamanda, günümüzün aktual siyasi mövzularına dair cəsarətli, açıq çıxışları, cəmiyyəti düşündürən məsələlər barədə məqamında verilmiş şərhləri, müsahibələri ilə də yaxşı tanıyırıq. O, sıradan bir tədqiqatçı, müşahidəçi deyil, siyasətin bilavasitə içərisində olan, özünəməxsus aydın, prinsipial mövqeyi ilə seçilən alimlərimizdən biridir. Elmi statusu və fəaliyyəti dövlət orqanında tutduğu vəzifə ilə üzvi şəkildə birləşir. Zənnimcə, onun dövrümüz üçün aktual və gərəkli əsərləri ilk növbədə bu amildən qaynaqlanır.

Müasir müstəqil Azərbaycan dövlətinin milli inkişaf siyasəti necə formalaşıb, hansı əsas mərhələlərdən keçib? Bu siyasətin xarakterik xüsusiyyətləri, başlıca məqsədləri, prinsip və vəzifələri nədən ibarətdir? Azərbaycanın milli təhlükəsizlik siyasəti özündə milli maraqları hansı formada ehtiva edir, təhlükəsizlik perspektivləri bu günün prizmasından necə görünür? Siyasətlə maraqlanan hər kəs onu düşündürən bu və digər suallara professor Əli Həsənovun yeni əsərində aydın, ətraflı təhlilə əsaslanan məntiqli və dolğun cavablar tapa bilər. Müəllif bu fundamental kitabında Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından keçən 25 il müddətində ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və digər istiqamətlərdə həyata keçirilən milli inkişaf və təhlükəsizlik siyasətinin uğurlu nəticələrinin hərtərəfli və sistemli təhlilini verir. Eyni zamanda, milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürüdülən siyasətin, bu istiqamətdə görülən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektlərini araşdırır, onun praktiki nəticələrini və səmərəlilik dərəcəsini geosiyasi baxımdan dəyərləndirir.

Problemin öyrənilmə dərəcəsi

Monoqrafiya problemin öyrənilməsi dərəcəsinin qiymətləndirilməsi ilə də diqqəti cəlb edir. Xüsusən ona görə ki, Azərbaycanda milli inkişaf və təhlükəsizlik siyasəti indiyədək nə beynəlxalq, nə də ölkə siyasətşünaslığında ayrıca elmi araşdırma obyekti olmayıb, bu istiqamətdə sistemli və kompleks tədqiqatlar aparılmayıb. Bununla belə, mövzuya dair bir çox xarici və yerli müəlliflərin məqalələri, kitabları nəşr olunub. Bu barədə mülahizələrini bildirən müəllif milli inkişaf və təhlükəsizlik siyasətinin müxtəlif aspektlərinin araşdırılmasında bəzi alimlərin əsərlərinin əhəmiyyətinə diqqət çəkir.

Geosiyasət, milli inkişaf və təhlükəsizlik strategiyası birdən-birə formalaşmır, müəyyən inkişaf mərhələlərindən və təkamül prosesindən keçir. Müəllif həmin mərhələləri və prosesi ayrı-ayrılıqda tədqiqata cəlb edir, hər birinə obyektiv qiymət verməyə çalışır. Müstəqilliyin ilk illərində bu sahədə yaranmış boşluq və onun fəsadları, sonradan ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən, hazırda Prezident İlham Əliyevin müasir geostrateji çağırışlara müvafiq olaraq zənginləşdirdiyi siyasətin ən müxtəlif aspektləri kitabda geniş əksini tapıb.

Əlbəttə, belə fundamental kitabın bütün məziyyətləri barədə fikir yürütmək, onu elmi baxımdan qiymətləndirmək mütəxəssislərin işidir. Mən isə monoqrafiyanın informasiya yüklülüyü, oxucu üçün maraqlı cəhətləri barədə mülahizələrimi bildirmək istərdim.

Geosiyasətdə ikinci dərəcəli məsələ yoxdur. Onlar bir-birinə zəncir kimi bağlanaraq bir sistem yaradır. Müəllif belə bir fikrində tam haqlıdır ki, hər bir müstəqil dövlətin dünya birliyində tutduğu mövqe, qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyi və səmərəliliyi ilə sıx bağlıdır. Buna görə də bu siyasətin öyrənilməsi, qarşıda dayanan məqsəd və vəzifələrin elmi-konseptual baxımdan araşdırılması Azərbaycan siyasətşünaslığında xüsusi aktuallıq kəsb edir.

Sirr deyil ki, fövqəldövlətlərin, beynəlxalq miqyasda əsas aktorların, eləcə də qonşu ölkələrin Qafqaz regionunda, o cümlədən Azərbaycanda öz maraqları var. Zaman-zaman toqquşan bu maraqlar Azərbaycan geosiyasətində əlavə mürəkkəblik yaradır, həssaslıq və çeviklik tələb edir. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi xüsusən son vaxtlar müxtəlif beynəlxalq güclərin, böyük dövlətlərin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarının kəsişdiyi məkana çevrilib. Bu amillərə diqqət çəkən müəllif iki əsas ölkənin - Rusiya və ABŞ-ın, həmçinin digər geosiyasi aktorlar olan NATO və Avropa İttifaqının, böyük dövlətlərin regionda öz milli maraqlarını reallaşdırmaq cəhdlərindən bəhs edir, bunun Azərbaycanın təhlükəsizlik strategiyasının formalaşdırılmasına təsirini, milli təhlükəsizlik üçün yaranan təhdidləri açıb göstərir. Alim bu kontekstdə hərbi-geostrateji gücləri təsnifatlaşdırır, Azərbaycanın geosiyasi kodu ilə bağlı elmi mülahizələr irəli sürür. Bu baxımdan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələri xüsusi maraq doğurur.

Cənubi Qafqazda əsas aktorlar: Rusiya və ABŞ

Rusiya Azərbaycanın yaxın qonşusu və bizimlə xüsusi münasibətləri olan böyük dövlətdir. Monoqrafiyanın ayrıca bir bölməsi Rusiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionu ilə bağlı geosiyasətinin və bu kontekstdə Azərbaycanın təhlükəsizlik maraqlarının təhlilinə həsr olunub. Müəllif bu məsələdə formalaşmış fərqli mövqeləri müqayisə edir, qarşılaşdırma aparır. Məsələn, mütəxəssislərin belə bir fikri oxucunun mühakiməsinə verilir: Rusiya hazırda bütün mümkün vasitələrlə Qərbin - ABŞ, NATO və Avropa İttifaqının, həmçinin Türkiyə kimi ölkələrin Cənubi Qafqaza, Xəzər-Qara dəniz hövzəsinə və Mərkəzi Asiyaya müdaxiləsinin, bu coğrafiyada möhkəmlənməsinin qarşısını almaq istiqamətində fəaliyyət göstərir. O, regionda hərbi-geosiyasi maraqlarını qorumaq üçün, lazım gələrsə, bütün mümkün vasitələrə əl atmağa hazırdır. Buna Rusiyanın 2008-ci ildə “Cənubi Osetiya əhalisinin müdafiəsi” adı altında Gürcüstanla apardığı müharibə misal göstərilir. Yaxud maraq doğuran başqa bir fikir: Ötən əsrin 90-cı illərində region ölkələrinin (Ermənistan istisna olmaqla) müəyyən mənada Rusiyadan üz döndərməsi, özlərinə digər geosiyasi tərəfdaşlar axtarması onun regionda öz maraqlarını və təsir imkanlarını qoruyub saxlamaq üçün ənənəvi olaraq daxili münaqişələrdən istifadəyə üstünlük verməsi, açıq, yaxud dolayı yolla davakar etnik separatizmi dəstəkləməsi, ölkələrin ərazi bütövlüyünün pozulmasına biganə qalması və s. kimi amillərlə bağlı idi.

Monoqrafiyada Rusiyanın regiondakı siyasətinin ayrı-ayrı mərhələlərdəki dolğun xarakteristikası verilir. Müasir dövrə gəlincə, professor Əli Həsənov hesab edir ki, Rusiya hazırda Xəzər hövzəsi və Cənubi Qafqazdakı bütün hərbi-geostrateji yüklü məsələləri bir qədər fərqli metod və vasitələrlə, Xəzərdə və Cənubi Qafqazda tarixi rəqibləri olan İran və Türkiyənin, həmçinin hər iki məkanda yeni rəqibləri ABŞ, NATO və Avropa İttifaqının iştirakı olmadan həll etmək istəyir. Monoqrafiyada bu siyasətin reallaşdırılmasına göstərilən cəhdlər, atılan addımlar, bunun Azərbaycanın təhlükəsizlik konsepsiyasına təsirləri konkret fakt və hadisələr fonunda şərh və təhlil edilir. Rusiyanın bəzi postsovet respublikaların iştirakı ilə yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Azərbaycanın hərbi-geostrateji maraqları ilə bağlı araşdırma və mülahizələr, çıxarılan nəticələr diqqət çəkir. Oxucuda Azərbaycanın bu təşkilatda üzvlükdən imtinasının səbəbləri, qurumun yaradılmasının məqsədləri və pərdəarxası məqamları barədə aydın təsəvvür yaradır. Eyni zamanda, Cənubi Qafqazda bitərəf təhlükəsizlik siyasəti yürüdən Azərbaycanın həm Rusiya və KTMT, həm də ABŞ və NATO ilə tərəfdaşlıq münasibətləri saxlamağa çalışmasının balanslaşdırılmış xarici siyasətdən irəli gəldiyi və milli təhlükəsizlik maraqlarına tam cavab verdiyi yetərincə əsaslandırılır.

Daha sonra professor Əli Həsənov ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasətinə ayrı-ayrılıqda nəzər yetirir, bu siyasəti Azərbaycanın hərbi-geostrateji maraqları baxımından geniş politoloji təhlilə cəlb edir. Kitabın müvafiq bölmələrində problem bütün nüansları ilə əhatə olunur, siyasi liderlərin, nüfuzlu ekspertlərin fikirlərinə, müvafiq sənədlərin və region ətrafında cərəyan edən hadisələrin şərhinə geniş yer ayrılır. Xüsusən NATO-nun yeni beynəlxalq təhlükəsizlik strategiyası ilə bağlı dünya mütəxəssislərinin fərqli fikirlərinə istinad edən, çoxsaylı politoloji materialları təhlil süzgəcindən keçirən müəllif belə bir nəticəyə gəlir: Rusiya ABŞ-ın və NATO-nun son dövrlərdəki loyal münasibətindən, Qərbin Cənubi Qafqazdakı səmərəsiz hərbi inteqrasiya siyasətindən praqmatik formada bəhrələnərək, bölgənin ölkələri ilə tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirə və hərbi-geostrateji təsir dairəsini genişləndirə bildi.

Zənnimcə, əsərin digər mühüm məziyyətlərindən biri müəllifin müasir dövrümüz üçün xüsusi aktuallıq kəsb edən geosiyasi problemlərə, məsələn, Ukrayna böhranına, bununla bağlı Rusiya-Qərb qarşıdurmasına yer ayırması və Azərbaycanın milli təhlükəsizlik siyasətini vahid dünya məkanı kontekstində təhlil etməsidir.

Türkiyə və İranın Azərbaycana geostrateji yanaşması

Monoqrafiyanın qardaş Türkiyənin və qonşu İranın regionda, təbii ki, xüsusən Azərbaycanda təhlükəsizlik arxitekturasına yanaşması ilə bağlı bölmələri məndə daha çox maraq doğurdu. Odur ki, diqqətimi çəkən bir neçə fakt və şərhi qeyd etməyi lazım bilirəm.

Həm XX yüzillikdə, həm də müasir dövrdə bəzi NATO üzvlərinin öz hərbi müttəfiqləri hesab edilən Türkiyəyə münasibəti birmənalı olmayıb (müəllif bunun səbəbini ətraflı izah edir). Ötən əsrin 90-cı illərindən başlayaraq, Türkiyə ona mane olmaq istəyən Rusiya və İranın təzyiqlərinə baxmayaraq, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində ciddi addımlar atıb. Azərbaycan da öz növbəsində Türkiyəyə birbaşa dəstək verməklə, onun regionda rəqabət qabiliyyətini artırır. Müəllif “Əsrin müqaviləsi” reallaşdırılarkən Türkiyənin maraqları naminə Azərbaycanın həm Rusiya, həm də İranla ciddi qarşıdurmaya getdiyini xatırladır, mütəxəssislərin aşağıdakı fikirlərini misal gətirir: Türkiyənin Cənubi Qafqazda təmsil olunan təhlükəsizlik maraqları birbaşa Azərbaycanla və onun bölgədəki geosiyasi, hərbi-geostrateji mövqeləri ilə bağlıdır. Türkiyə həm Azərbaycan, həm də Gürcüstan vasitəsilə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulmasında birbaşa iştirak edir, eyni zamanda, onların müstəqilliyinin və təhlükəsizliyinin əlavə qarantı hesab olunur. Türkiyənin regionda önəmi barədə ABŞ politoloqu Zbiqnev Bjezinskinin əsərdə yer alan fikirləri də maraq doğurur.

İranın Cənubi Qafqaz və Azərbaycanın təhlükəsizliyinə yanaşmasına gəlincə, biz bir-birindən kəskin fərqlənən dövrlərin şahidi olmuşuq. Monoqrafiyanın bununla bağlı bölməsinə nəzər salarkən yaxın keçmişdə Qərb-İran qarşıdurmasının pik həddinə çatdığı dövrü xatırladım. O vaxt ABŞ və müttəfiqlərinin İrana hərbi zərbələr endirməyə hazırlaşdığı barədə xəbərlər gündəmi zəbt etmişdi. Bu məsələdə Azərbaycanın adı da tez-tez hallanırdı. Qərb ölkəmizdən platsdarm kimi istifadə etmək istəyir və dövriyyəyə belə xəbərlər buraxılırdı ki, guya Azərbaycan tərəfi buna razılıq verib. Müəllif tarixə qısa ekskurs edərək həmin dövrdə Azərbaycan-İran münasibətlərində yaşanan gərginlikdən söhbət açır. Heç də hamının bilmədiyi belə bir faktı diqqətə çatdırır ki, ölkəmiz bəzən Qərb, ABŞ və İsrailin bu istiqamətdəki geostrateji təzyiqlərinə sinə gərərək, onların Azərbaycan vasitəsilə İrana təzyiq göstərmək, yaxud təsir etmək istəklərini rədd edib. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq bəyanatının əhəmiyyətinə toxunan professor Əli Həsənov İran-Azərbaycan münasibətlərinin real gerçəklikləri barədə mülahizələrini bölüşür. Bu mülahizələr və çıxarılan nəticələr yetərincə əsaslı və inandırıcıdır. Başlıca nəticə isə ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyinin uzaqgörən və balanslaşdırılmış siyasəti münasibətlərdə soyuqluğun aradan qaldırılmasında, hadisələrin müsbət məcraya yönəlməsində həlledici rol oynayıb. Azərbaycan-İran münasibətlərində son illər baş verən canlanma, prezidentlərin qarşılıqlı səfərləri və möhkəmlənməkdə davam edən əməkdaşlıq bunun əyani təsdiqidir.

Müəllifin fikrincə, Türkiyədən fərqli olaraq, İranla bağlı milli təhlükəsizlik siyasəti öz spesifikliyi ilə seçilir və bu özünəməxsusluq geosiyasət sahəsində mütəxəssislərin, məsələn, ABŞ-ın Kanzas Universitetinin professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi D.Hersprinq kimi nüfuzlu ekspertlərin fikirləri ilə əsaslandırılır. Hər halda, İran regional təhlükəsizlikdə mühüm aktorlardan biridir və Azərbaycan onunla münasibətlərə xüsusi həssaslıqla yanaşıb və yanaşmaqdadır.

Milli təhlükəsizliyimizin bir nömrəli problemi

Monoqrafiyada beynəlxalq, regional və yerli maraqların Cənubi Qafqazın əsas təhlükəsizlik problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində şərh və təhlilinə də xüsusi yer ayrılıb. Professor Əli Həsənov problemin tarixi köklərindən, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasətindən ətraflı söhbət açır. Mövzunu davam etdirərək Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, qəbul edilən bəyanat və qətnamələr, ATƏT-in Minsk qrupunun yaradılması, problemin həlli istiqamətində vasitəçilik səyləri, məsələyə digər beynəlxalq qurumların münasibəti barədə ətraflı məlumat verir.

Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixini şərti mərhələlərə bölən müəllif bu mərhələlərin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğuna dair fikrini konkret fakt və hadisələr fonunda əsaslandırır. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə problemin həlli istiqamətində həyata keçirilən siyasət, diplomatik fəaliyyət geniş təhlil olunur və nəticələr ümumiləşdirilir. Neçə müddətdir bir nömrəli milli təhlükəsizlik problemimiz olan bu məsələ ilə bağlı heç bir nüans diqqətdən kənarda, yaxud kölgədə qalmır. Beləliklə, münaqişənin tarixçəsi ilə maraqlanan hər kəs, - istər mütəxəssis olsun, istərsə də adi oxucu, - əlavə mənbələrə əl atmadan yetərincə məlumat əldə edə bilir. Bu, təkcə haqqında söhbət gedən bölməyə deyil, bütövlükdə monoqrafiyaya xasdır və onun daha bir üstün məziyyəti sayıla bilər.

Zəngin və mötəbər informasiya mənbəyi

Kitabı vərəqlədikcə diqqətimi daha nələr cəlb etdi? İlk növbədə deyə bilərəm ki, hər bir mövzunun, müddəanın müxtəlif mənbələrə istinadla əsaslandırılması və bu sahədə zəngin palitra. Həmçinin informasiya bazasının zənginliyi və mötəbərliyi. Bəzi siyasətşünaslardan fərqli olaraq, professor Əli Həsənovun, necə deyərlər, həqiqətin gözünə dik baxması, fikirlərini açıq-aydın və cəsarətlə ifadə etməsi. Hesab edirəm ki, bu və digər məqamlar da müasir siyasətşünaslıq üçün önəmli şərtlərdəndir.

Monoqrafiyanın hazırlanmasında Azərbaycan, rus və ingilis dillərində 300-dən çox ədəbiyyat və mənbədən, 60-dək informasiya resursundan, 24 normativ-hüquqi sənəddən istifadə olunub. Kitaba, həmçinin mövzu ilə bağlı əsas sənədlər - “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, “Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan Respublikasının Hərbi Doktrinası” daxil edilib. Bütün bunlar kitabın elmi dəyərini, informasiya yükünü əhəmiyyətli dərəcədə artırır.

Haqqında söhbət açdığımız monoqrafiya əsasən tədqiqatçılar, mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, siyasi elita üçün nəzərdə tutulub. Zənnimcə, bu sıraya kütləvi oxucu auditoriyasını da əlavə etmək olar. Çünki “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” kitabı informasiya ilə zəngindir, rəvan dilə və maraqlı üsluba malikdir.

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb