Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı kitab sərgisi təqdim olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl Şəhəri Günü münasibətilə Milli Kitabxanada “4 oktyabr - Cəbrayıl şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Cəbrayıl şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Cəbrayıla Böyuk Qayıdışın yüksəksəviyyədə təmin edilməsi, Vətən müharibəsi və Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]