Milli Kitabxanada “Khojaly genocide – 30” adlı ingilis dilində virtual sərgi açılıb
Bakı, 22 fevral, AZƏRTAC
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Khojaly genocide - 30” adlı ingilis dilində virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ingilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide_30/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:35]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:32]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [19:31]
Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
- 27.09.2026 [17:46]
Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb
- 27.09.2026 [12:25]
Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib
- 26.09.2026 [18:04]
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
- 26.09.2026 [10:52]