Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli ləyaqət və aktual siyasətdə bəsit populizm

Milli ləyaqət və aktual siyasətdə bəsit populizm

(siyasi müqayisə iddiaları barədə politoloqun replikası)

Bakı, 18 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, istənilən müqayisə həmişə nisbi xarakter daşıyır, lakin məlum bir postulat var: baza kəmiyyəti ən azı bir parametrə görə müqayisə edilə bilən olmalıdır, dəyirmini yaşıl və ya turş ilə müqayisə etmək olmaz. Dəqiq elmlərdə ölçü şkalası var: müsbət və ya mənfi ədəd. Siyasət elmində isə təbii ki, hər şey ölçüyəgəlməz dərəcədə mürəkkəbdir, çünki müəyyən aksentlər, çox mürəkkəb nüanslar və ən başlıcası, dəyişən konyunktur var, populizm bu konyunktura asanlıqla uyğunlaşır. Nümunə üçün tarixi salnamələri araşdırmağa dəyməz. Bunun üçün N.Paşinyan tərəfindən Kanadanın baş naziri Castin Trüdoya təqdim edilmiş rəmzi hədiyyəyə - öz ölkəsinin dövlət bayrağının rənglərində olan corablara baxmaq kifayətdir. Dövlət bayrağının hər bir detalı milli rəmz xarakteri daşıyır. Trüdo şok təsiri bağışlayan corabları ilə məşhurdur, lakin bir var həmin corabların üzərində Trüdonun sayını artırmağa çalışdığı maral təsvir edilsin, bir də var Paşinyanla bərabər Frankofoniyanın iclasına Ermənistanın milli bayrağının rəngində corab geyinmiş halda gəlmək. Bu, tamam başqa məsələdir! Bu, bəsit populizmdir, yoxsa “baş nazirlər kef edirlər?”

Bir məsələ aydındır - Ermənistanın layiq olduğu milli brend məhz milli bayrağın simvolları ilə bəzədilmiş nadir kişi corablarıdır.

Bizə belə gəlir ki, ləyaqət və populizm kateqoriyaları siyasətdə imperativ müqayisə indikatoru ola bilər. Vladimir Dalın lüğətində verilən tərifə görə, ləyaqət “insanın şərəfi və daxili mənəvi keyfiyyəti, namusluluq, qəlbin nəcibliyi və təmiz vicdan” deməkdir, populizm isə geniş kütlələrə yaltaqlanma, onların rəğbətini qazanmaq məqsədilə əsassız vədlər paylaşmağı nəzərdə tutur.

Bu gün siyasi praktikada çox populyar olan bu halın xüsusi növü primitivlik dərəcəsinə çatdırılmış populizmdir, çünki onun əsasını “xalqın səsi”nə istinad etməklə qanuna məhəl qoyulmaması təşkil edir. Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə bu cür həyasızcasına etinasızlığı Ermənistanın sabiq baş naziri A.Akopyanın arvadının bir qrup rusiyalı qadınla birlikdə Dağlıq Qarabağa təxribatçı səfərində görməli idi. Ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında bu hüquqazidd aksiyaya rəsmi qiymət verilib. Mən isə belə adlandırılan “sülh nümayəndə heyəti”nin üzvlərinə xatırlatmaq istərdim ki, onlar Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın əzəli ərazisinə dəvət edilmiş çağırılmamış qonaqlar qismində çıxış etməklə həyasız populizm alətlərinə çevriliblər. Axı, Dağlıq Qarabağ istər Rusiya, istərsə də Ermənistan tərəfindən dövlət kimi tanınmayıb.

Əlamətdar haldır ki, bu səfərdən bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva NATO-nun baş katibinin birinci müavini Rouz Gettemüllerin başçılıq etdiyi rəsmi nümayəndə heyətini qəbul edib. Mehriban Əliyeva həmin nümayəndə heyətinə məlumat verib ki, Azərbaycan uzun illərdir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınmış Dağlıq Qarabağ və ona bitişik 7 rayon erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin gedişində yüzlərlə azərbaycanlı qadın qətlə yetirilib və girov götürülüb, Xocalı faciəsi zamanı 600-dən çox insan, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü qoruyaraq beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir, beynəlxalq-hüquqi təcavüz ilə əlaqədar zəruri normaları implementasiya edir və əks tədbirlər görür.

Qrant fəallığı bekqraunduna malik olan A.Akopyan onun başladığı “qadınlar sülh naminə” kampaniyasında qazandığı təcrübəni tətbiq etməyə çalışır, Qarabağ münaqişəsinin hərbi yolla həllindən imtina olunmasını təklif edir. Onun fikrincə, kişilər “silah ilə deyil, fikrin gücü ilə mübarizə aparmalıdırlar”. Münaqişənin telepatik-distansion həlli barədə bu absurd ifadə son dərəcə primitiv populizmi nümayiş etdirir və hələ də köhnəlməyən “erməni radiosu cavab verir...” lətifəsini xatırladır. Lakin A.Akopyanın sionizminin apofeozu bu sözlər olub: “Mən Mehriban Əliyevanın reaksiyasının necə olacağını bilmirəm”.

Təbii ki, onun bu sözlərinə nə cavab veriləcək, nə də reaksiya bildiriləcək. Mehriban Əliyeva dövlətimizdə ikinci rəsmi şəxsdir, onun fəaliyyəti Azərbaycan Respublikasının ərazisi üzərində nəzarətin bərpa edilməsinin qanuni və birinci dərəcəli zərurət olması ilə müəyyən edilir.

Əvvəla, dövlətin beynəlxalq hüquqa zidd olan hər bir əməli beynəlxalq məsuliyyət doğurur. Azərbaycan təcavüzə məruz qalmış dövlət kimi hüququ pozan dövləti BMT-nin Nizamnaməsindən irəli gələn güc tətbiq etməmək barədə öhdəliyini yerinə yetirməyə məcbur etmək məqsədilə əks tədbirlər görmək hüququna malikdir.

İkincisi, Azərbaycan dövlətinin öz milli maraqlarını müdafiə etmək, beynəlxalq hüququn prinsip və normalarını dəstəkləmək baxımından qətiyyətli mövqeyi həm Dağlıq Qarabağ münaqişəsinin daha da militaristləşdirilməsi riskini azaldır, həm də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyini dəstəkləyir. Prezident İlham Əliyev vurğulayır: “Biz münaqişə barədə öz prinsipial mövqeyimizdən bircə addım da geri çəkilməyəcəyik və gələcəkdə onu dəyişməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Beynəlxalq hüquq da Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır”.

Üçüncüsü, Azərbaycanın öz suverenliyini, dövlət ərazisinin birliyini və bütövlüyünü qorumaq üzrə məqsədyönlü mübarizəsi həm mənəvi-siyasi mövqelərdən, həm də və ilk növbədə, dövlətin özünü müdafiə etməsi kimi beynəlxalq hüquq normaları baxımından haqlı mövqedir.

Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə çoxsaylı beynəlxalq mükafatlara və bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəxri adlarına layiq görülüb. Mehriban Əliyeva dünyanın 30 aparıcı ölkəsindən olan 60 ən uğurlu, hörmətli və məşhur qadının siyahısına düşüb. Mehriban Əliyeva Beynəlxalq Siyasət və İctimaiyyət İnstitutunun direktoru K.Plevenin “Qadın liderliyi qadınların gücüdür. Dünyanın ən uğurlu qadınlarından öyrənməli” adlı kitabına daxil edilmiş müsahibəsində Azərbaycanda qadınların fəallığı ənənələrinin varisliyini qeyd edərək Heydər Əliyev Fondunun mühüm layihələri, ölkənin mədəni və sosial inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələləri barədə fikirlərini açıqlayıb. Amerikanın nüfuzlu “CNN World News International” telekanalının Azərbaycan xalqının sevimlisi adlandırdığı Mehriban Əliyevanın bütün dünyada tanış obrazı bütövlükdə ölkəyə proyeksiya edilir. Amerikalı jurnalistlər qeyd ediblər ki, “Azərbaycanın birinci xanımı alim, ictimai xadim, deputat, ana, dəyişkən dəyərləri müsbət məcraya yönəldən insandır. Daim ictimaiyyət arasında olan Azərbaycanın birinci xanımı insanlara kömək göstərir, qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasına rəhbərlik edir, idmanı və sağlam həyat tərzini təbliğ edir. O, UNESCO-nun xoşməramlı səfiri kimi mədəni əlaqələri inkişaf etdirir. Mehriban xanım Əliyeva öz fəaliyyəti sayəsində təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük rəğbət qazanıb”.

Mən Amerika mənbəyindən bilərəkdən sitat gətirirəm ki, Mehriban xanım Əliyevanın dünyada necə qəbul edildiyini göstərim.

Mehriban xanım Əliyeva milli ləyaqətin təcəssümüdür, o, həmişə ölkənin şərəfini qətiyyətlə qoruyur, milli irsimizi həm qiymətli milli sərvət kimi, həm də özünəməxsus milli brend kimi təbliğ edir.

Dağlıq Qarabağa səfər etmiş rusiyalı qadınları isə sadəcə xəbərdar etmək istəyirəm: diqqətli olun, çünki ermənilərin “dənizdən dənizə böyük Ermənistan” yaratmaq kimi cəfəng ideyası var. Onlar Aralıq dənizinə çata bilməsələr də, sizin Qara dəniz sahillərinizi artıq uğurla mənimsəyiblər. Axı jurnalist M.Simonyan deyir: “Soçi erməni şəhəridir, burada hətta qağayılar da erməni dilində qışqırışır!”. Biz isə öz torpaqlarımızı qaytaracağıq, ədaləti bərpa edəcəyik və Bakı bulvarındakı qağayılar hər hansı başqa dənizin sahilində olduğu kimi qışqırışmaqda davam edəcəklər.

Aqiyə Naxçıvanlı

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb