Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr keçirilib [YENİLƏNİB]

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib.

Tədbiri açan Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Azərbaycan parlamenti çox gözəl ənənə formalaşdırıb, aktual məsələlərlə bağlı dinləmələr keçirir və bu tədbirlər ictimaiyyətlə məsləhətləşmə xarakteri daşıyır. Bahar Muradova bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmaqla ölkəmizdə müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini fəaliyyətinin əsas prinsipi elan edib. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiya qəbul edilib. Konstitusiyadan irəli gələn vəzifələr qanunlarımızda əksini tapıb. Üzvü olduğumuz beynəlxalq təşkilatların qarşısında götürdüyümüz öhdəliklər, imzaladığımız sazişlər, konvensiyalar və onların müəyyənləşdirdiyi öhdəliklər bizim qanunverici aktlara daxil edildi. Bütün qanunlarımız, normativ aktlarımız məhz bu aspektdən təhlil edilərək qəbul olundu. Bütün qanunvericilik aktlarımız da insan hüquqları əsas götürülməklə qəbul edildi. Azərbaycanda etnik, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün insanlar üçün bərabər imkanlar, bərabər şərait yaradılıb. 1998-ci il iyunun 18-də Ümummilli Lider tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının yerinə yetirilməsi üçün ötən dövrdə xeyli işlər görülüb, mühüm layihələr həyata keçirilib.

Bahar Muradova Azərbaycan Ombudsman İnstitutunun ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, həm regionda, həm də dünyada Ombudsman təsisatları arasında özünə çox ciddi yer tutduğunu bildirib.

Milli Məclis sədrinin müavini deyib ki, Ulu Öndərin insan hüquqlarının və azadlıqlarının təmini sahəsində həyata keçirdiyi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı kimi Prezident İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun müddətdə əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Azərbaycanda bütün sahələrdə insan hüquqlarının müdafiəçisi kimi tanınmış vətəndaş cəmiyyəti üzvləri var. Bahar Muradova Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda məruzə ilə çıxış edib.

Əli Həsənov bugünkü dinləmələrin mühüm beynəlxalq tədbir - Formula-1 yarışı ərəfəsində keçirildiyini xatırladıb. Qeyd edib ki, birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirindən sonra Formula-1 Avropa Qran-prisinin də təşkilatçılığının Azərbaycana həvalə olunması respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən etiraf edildiyini göstərir.

Prezidentin köməkçisi deyib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının həyata keçməsi deyil, həm də insan hüquq və azadlıqlarının etibarlı təminatı üçün əlverişli imkandır. Təəssüf ki, dövlət müstəqilliyinin ilk illəri Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə və qəddarcasına pozulması ilə müşayiət olunub. Qonşu Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürərək havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, etnik təmizləmə və soyqırımı törədərək 1 milyondan çox insanı öz yurd-yuvasından didərgin salıb. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər hələ də milyondan çox soydaşımızın hüquqlarının ən kobud şəkildə pozulmasına adekvat hüquqi, siyasi qiymət vermir, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etməkdən və digər təsirli tədbirlər görməkdən çəkinirlər.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dönüş məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra yarandı. Xaos və anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkədə demokratik və hüquqi dövlət quruculuğu prosesinin başlanmasına imkan verdi. Bu dövrdən etibarən insan hüquqlarına dair beynəlxalq sənədlərdə təsbit olunmuş standartlar da nəzərə alınmaqla, milli qanunvericiliyin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının əsas hüquqi təminatı Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır. İnsan hüquqları ilə bağlı digər fundamental sənəd 1998-ci il iyunun 18-də Ulu Öndər tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıdır. Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib.

Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə görülən işləri uğurla davam etdirib, 2006-cı ildə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planını, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramını təsdiq edib. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.

Qeyd edilib ki, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı məsələlər sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə sıx bağlıdır. Bu gün ölkəmizdə 55 siyasi partiya, 3 minə qədər qeyri-hökumət təşkilatı, sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları və s. vətəndaş cəmiyyəti təsisatları sərbəst fəaliyyət göstərir. 2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanunda edilmiş dəyişikliyə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən əhəmiyyətli məbləğdə - 2,5 milyon manat vəsait ayrılır.

Əli Həsənov deyib ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaradır. Müstəqillik illərində bu qurumların fəaliyyətini tənzimləyən zəruri hüquqi baza formalaşdırılıb. QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti 2007-ci ilin dekabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaradıb. Gənclərin ictimai birliklərinə də xüsusi diqqət yetirilir. 2011-ci ilin dekabrında təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə gənclər təşkilatlarının, habelə yaradıcı, istedadlı və ictimai fəal gənclərin layihələrinə mütəmadi olaraq maliyyə dəstəyi göstərilir. Ümumiyyətlə, Azərbaycanda 15-dək nazirlik, dövlət komitəsi, fond və büdcədən maliyyələşən digər qurumlar qeyri-hökumət təşkilatlarına qrantlar ayırırlar. 2014-cü ilin yanvarında qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanuna görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasına başlanıb. Bu qurumlarda QHT-lər, jurnalistlər, fəal vətəndaşlar təmsil olunurlar.

Prezident köməkçisi bildirib ki, Azərbaycanda fikir və söz azadlığının qorunmasına, azad informasiya məkanının formalaşmasına xüsusi diqqət yetirilir. Ölkəmizdə qəzet və ya jurnal təsis etmək olduqca asandır. Belə ki, müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən cəmi 7 gün sonra mətbu orqanın nəşrinə başlamaq olar.

Vurğulanıb ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı istiqamətində qarşıda duran məsələləri diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycanda aparılan işlərin məntiqi nəticəsi olaraq beynəlxalq normalara cavab verən, hər zaman inkişafa istiqamətlənmiş azad, plüralist media fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrinin sayına görə Azərbaycan MDB və Şərqi Avropa məkanında lider ölkələrdən biri hesab edilir. Respublikamızda 5 mindən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Bu gün ölkəmizdə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım firmaları heç bir mane ilə qarşılaşmadan fəaliyyət göstərir. Azərbaycanda internet informasiya resursları da sürətlə inkişaf edir. İnternet-radio və internet-televiziya proqramlarından, elektron media vasitələrindən, sosial şəbəkələrdən istifadə halları respublika əhalisi arasında geniş yayılıb. Hazırda ölkə əhalisinin 75 faizi internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyonu ötüb.

Əli Həsənov Əsas Qanunumuza görə, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətimizin ali məqsədi olduğunu vurğulayıb.

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub. İnsan hüquqları dedikdə mülki, siyasi hüquqlar başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosialyönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər yüksək qiymətləndirilir. Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Təsisat penitensiar müəssisələrə də nəzarət həyata keçirir. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda ombudsmana hər kəs müraciət edə bilər. Heç də bütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 10 min insana şamil olunur. Təkcə dünən 350 insan azadlığa buraxıldı.

Dinləmələrdə Ali Məhkəmənin üzvü Vəfaddin İbayev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ilə əlaqədar çıxış ediblər.

Deputatlar Fuad Muradov, Tahir Kərimli, Çingiz Qənizadə, vətəndaş cəmiyyətinin və QHT-lərin nümayəndələri müzakirələrə qatılaraq ölkədə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı fikirlərini bildiriblər.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxışında ölkədə insan hüquqlarının qorunması sahəsində görülən işləri yüksək dəyərləndirib. O qeyd edib ki, keçmiş sovetlər dönəmində əmək və sosial hüquqlar əksini tapsa da ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi: “Hər bir dövrdə insan hüquqları yeni çalarlarla özünü büruzə verir. Sevindiricidir ki, Azərbaycanda əsl vətəndaş cəmiyyəti yaranıb, çoxlu sayda QHT-lər fəaliyyət göstərir. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır”.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirə yekun vuraraq qaldırılan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb