MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan İsrail Knessetinin deputatı Yosef Şaqal mayın 16-da Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür. Qrupun rəhbəri Yevda Abramov Azərbaycan parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verərək demişdir ki, Milli Məclisdə dünyanın bütün demokratik dövlətlərinin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Yosef Şaqal bildirmişdir ki, Azərbaycana səfərdən məqsəd parlamentlərarası əlaqələrin genişlənməsi ilə bağlı məsləhətləşmələr aparmaqdır. Bakıda doğulub böyüdüyünü və bundan şərəf duyduğunu söyləyən qonaq bildirmişdir ki, o, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir və bu vəzifədə olduğu müddətdə ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına çalışacaqdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]