MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
R.Aslanova qonaqlara bildirmişdir ki, Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin təsisatları ilə sıx əlaqələrimiz var, sizinlə də əməkdaşlıq etməyə hazırıq. 2002-ci ildə Azərbaycanda dini, irqi və milli münasibətlərə dair hazırladığımız hesabatda qeyd olunan problemlərin böyük əksəriyyəti öz həllini tapmış, möhkəm, işlək qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə milli azlıqlarla bağlı ciddi problem yoxdur.
Avropa Komissiyasının isveçli məruzəçisi Kristian Ahlund demişdir ki, biz əvvəlki hesabatda əksini tapmış problemlərin həllini yüksək qiymətləndiririk. İndiki səfərimiz çərçivəsində bir sıra bölgələrə baş çəkəcək, milli azlıqların vəziyyəti ilə yerində tanış olacağıq.
Parlament komissiyasının sədri qonaqlara milli azlıqlarla bağlı qanunvericilik bazası haqqında ətraflı məlumat vermişdir.