Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı əvvəlcə 2016-cı ilin payız sessiyası dövründə görülən işlər haqqında danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə olunub. Həmin qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Komitə sədri bildirib ki, həmçinin vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, ötən dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli Məclisdə 42 vətəndaş qəbul edilib.
İclasda komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planına baxılıb və təsdiq edilib.
Sonda A.Naxçıvanlı cari məsələlərlə bağlı komitə üzvləri ilə müzakirələr aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]