MİLLİ MƏCLİSİN DEPUTATI CENEVRƏDƏ SƏFƏRDƏ OLACAQDIR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin Beynəlxalq Miqrasiya Təşkilatının dünyada, eləcə də Azərbaycanda fəaliyyəti üzrə məruzəçisi Gültəkin Hacıyeva sentyabrın 27-dən 29-dək Cenevrədə səfərdə olacaqdır.
Gültəkin Hacıyeva AZƏRTAC-ın müxbirinə demişdir ki, səfərdən məqsəd Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunson Makkinli və digər rəsmi şəxslərlə görüşüb məruzə ilə bağlı geniş fikir mübadiləsi aparmaqdır. Məruzə AŞPA-nın 2007-ci il aprel sessiyasında deputatların müzakirəsinə təqdim ediləcəkdir.