Milli Məclisin deputatı QDİƏT Parlament Məclisinin komitə iclaslarında iştirak edəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda Milli Məclisin deputatı Eldar Quliyev iştirak edəcək.
Tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, Parlament Məclisinin 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək.