Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Sahibə Qafarova əvvəlcə martın 10-11-də Milli Məclisin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib.

Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyində bir məsələnin - Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabatının olduğunu deyib.

Bildirilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb və deputatlara bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat təqdim edilib.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Baş nazir qeyd edib ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazılıb. Belə ki, ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirilib.

Diqqətə çatdırılıb ki, COP29-un Bakıda keçirilməsi, Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi ötən ilin ən yaddaqalan hadisələrindən olub.

2024-cü ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu deyən Əli Əsədov bildirib ki, hesabat ilində ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM istehsalı neft-qaz sektorunda 0,3 faiz, qeyri-neft-qaz sektorunda 6,2 faiz, qeyri-neft-qaz sənayesində isə 7,3 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat təşkil edib. Ötən il ölkənin xarici ticarət dövriyyəsi 47.4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5,3 milyard dollar olub, qeyri-neft ixracı 3,3 milyard dolları üstələyib, strateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 71 milyard dollar təşkil edib. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6 faiz azalaraq 5,1 milyard dollar olub. İllik inflyasiya hədəf diapazonu daxilində olub – 12 aylıq inflyasiya 4,9 faiz, orta illik inflyasiya isə 2,2 faiz olub.

Baş nazir 2024-cü ildə dövlət büdcəsi gəlirlərinin təxminən 37.2 milyard manat, xərclərinin isə 37,7 milyard manat təşkil etdiyini söyləyib.

O, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 faizinin və ya 14,6 milyard manatının sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istiqamətləndirildiyini bildirib. Orta pensiya məbləğinin 12 faiz, yaşa görə pensiyanın 11,3 faiz artdığını, yaşayış minimumunun ölkə üzrə 270 manat müəyyən edildiyini, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləğinin 475 manat olduğunu qeyd edib. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paketin həyata keçirildiyini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsaitin xərcləndiyini deyib.

Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğının nəticəsi olaraq ötən il 800 mənzilin şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verildiyini, 93 avtomobilin müharibə əlillərinə təqdim edildiyini vurğulayıb. Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrıldığını, əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrıldığını deyib.

Bildirilib ki, hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Hökumət tərəfindən qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb. Ötən il investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb. İşğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başlayıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrılıb. Su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatına 540 milyon manat vəsait yönəldilib.

Əli Əsədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonunadək bu ərazilərdə 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat yönəldilib. Qeyd olunub ki, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat vəsait ayrılıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib.

Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Ötən il işğaldan azad olunmuş ərazilərdə 62 min hektar, ümumilikdə isə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib. O, 2024-cü ildə enerji istehsalının 28,4 milyard kVts təşkil etdiyini, istehlak həcminin isə 24,2 milyard. kVts-a yüksəldiyini söyləyib. Qeyd edilib ki, COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılıb və enerji sahəsində həyata keçirilən layihələr üzrə beynəlxalq sazişlər imzalanıb.

Bildirilib ki, Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir və hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-yə bərabərdir. Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib.

2024-cü ildə, həmçinin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib.

Əli Əsədov ötən il Hökumətin hesabatı təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciətin daxil olduğunu, bunlardan 34-nün humanitar, 31-nin iqtisadi, 23-nün sosial, 22-nin nəqliyyat və yol infrastrukturu, 15-nin tikinti, 14-nün kommunal, 5-nin qanunvericilik, 4-nün təhlükəsizlik, 3-nün isə digər sahələri əhatə etdiyini söyləyib. O qeyd edib ki, 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilib və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub, digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir.

Sonra iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb.

Hökumətin 2024-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edən deputatlar bildiriblər ki, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib, dövlət sosial proqramları, regionların inkişafı ilə bağlı tədbirlər uğurla icra olunub.

Deputatlar, həmçinin seçicilərin üzləşdikləri bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıb, bir sıra aktual məsələlərə toxunub, təkliflərini səsləndiriblər.

İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınıb.

Sonra Baş nazir Əli Əsədov çıxış edərək, son dövrlərdə hökumətin Milli Məclislə konstruktiv əməkdaşlıq etdiyini, bir çox məsələlərin həllində ümumi məxrəcə gəlindiyini bildirib. Baş nazir qarşıda yeni hədəflərin, həllini gözləyən məsələlərin olduğunu söyləyib. Səsləndirilən fikirlərə münasibət bildirən Baş nazir müzakirələrdə qaldırılan məsələlərin diqqətdə saxlanılacağını, onların həlli istiqamətində lazımi addımların atılacağını bildirib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb