Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti iclasında 20 məsələ müzakirə edilib

Milli Məclisin növbəti iclasında 20 məsələ müzakirə edilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyində 20 məsələ müzakirə edilib.

Bildirilib ki, birinci məsələ Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Azərbaycan Prezidentinin təqdimatı ilə iyunun 9-da “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edildiyini bildirən Sahibə Qafarova bununla əlaqədar Şuranın təşkili qaydasının dəyişdirildiyini deyib. Qanunda edilən dəyişikliyə əsasən, Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığı diqqətə çatdırılıb. Sonra Milli Məclis tərəfindən Şuranın üzvlüyünə deputat Nizami Səfərovun namizədliyi irəli sürülüb.

İclasda N.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması haqqında Milli Məclisin qərar layihəsi qəbul edilib.

Gündəliyin növbəti 5 məsələsi üçüncü oxunuşda qanun layihələri olub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Kosmik fəaliyyət haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini deyərək bildirib ki, qanun ölkəmizdə kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

S.Qafarova növbəti 4 məsələnin - “İstehsalat və məişət tullantıları haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədə heç bir əlavə və dəyişikliyin edilmədiyini deyərək, olduğu kimi səsə qoyulmasını xahiş edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli digər iki məsələni - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb. O, hər iki layihənin “Tullantılar haqqında” Qanunla əlaqədar olduğunu deyib. Bildirib ki, təklif olunan dəyişikliklərdə həmin qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət və utilizasiyaya gedən nəqliyyat vasitələrinin uçotdan çıxarılması məsələsi öz əksini tapıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bu layihənin “Tullantılar haqqında” Qanundan irəli gələrək hazırlandığını, əvvəlki iki oxunuş zamanı əlavə heç bir dəyişikliyin edilmədiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Komitə sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin son 3 məsələ barədə müsbət rəy verdiyini diqqətə çatdırıb.

O, məsələlərlə bağlı səsləndirilən bəzi fikir və qeydlərə münasibət bildirib.

Sonra təqdim edilən bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri növbəti məsələnin - “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin də məzmun və mahiyyətinə görə bundan əvvəl qəbul edilən qanunlara yaxın olduğunu, uyğunlaşdırma xarakteri daşıdığını bildirib. O, bu sənədin müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Əli Məsimli qanun layihəsini təqdim edərək bildirib ki, bu sənəd "İstehsalat və məişət tullantıları haqqında" qanunun adının dəyişdirilməsi ilə əlaqədar hazırlanıb. Qanunun müvafiq maddəsində "İstehsalat və məişət tullantıları" sözləri "Tullantılar" sözü ilə əvəz edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin digər 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirən S.Qafarova məsələlərin mahiyyətcə bir-birinə yaxın olan, ikinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu diqqətə çatdırıb.

Sonra Tahir Mirkişili “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

O deyib ki, qanunlara edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi sahəsində tənzimləmənin təkmilləşdirilməsi, fəaliyyətin effektiv və səmərəli şəkildə idarə edilməsi, avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, əməyin mühafizəsinin təmin olunması, bu fəaliyyət növlərinə ölkəmizdə tətbiq edilən icazələrin təkmilləşdirilməsi məqsədi daşıyır.

Daha sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti və sanksiyaları nəzərdə tutur. "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər isə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu iki qanun layihəsi barədə müsbət rəy verdiyini söyləyib.

Müzakirələr zamanı deputatlar Fazil Mustafa, Sevil Mikayılova, Müşfiq Məmmədli fikir və qeydlərini diqqətə çatdırıblar. İclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin yekununda təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra minalardan təmizlənmiş ərazilər, aşkar edilmiş mina və partlayıcı hərbi sursat ilə əlaqədar statistik göstəriciləri diqqətə çatdırıb.

Əsasnaməyə görə, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Deputatlar Bəhruz Məhərrəmov və Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti 3 məsələnin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, bu məsələlərin - “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu bildirib.

Nizami Səfərov həmin 3 qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Komitə sədri diqqətə çatdırıb ki, 9 fəsil, 68 maddədən ibarət olan qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Qeyd edilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə yaxın olduğunu bildirib.

Komitə sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, 10 fəsil, 59 maddədən ibarət qanun layihəsinin ölkədə dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini deyib. Sənədin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübənin nəzərdən keçirildiyini söyləyib.

Bildirilib ki, qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq hallarının aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir.

Qeyd olunub ki, layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair bildirilib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.

Bəzi deputatlar təqdim olunan məsələlər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız - Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən azad olunub.

Milli Məclisin sədri vurğulayıb ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.

O, Azərbaycan Silahlı Qüvvələrinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək