Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 23 məsələ müzakirə olunub

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, komitə sədri Musa Quliyev, deputatlardan Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli, Tural Gəncəliyev, Sahib Alıyev və Elnur Allahverdiyev çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıblar. Çıxışlarda görüşün siyasi, tarixi, mənəvi tərəfləri özündə birləşdirdiyi və mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Qərbi Azərbaycan konsepsiyası ilə bağlı ölkəmizin strategiyasının Prezident İlham Əliyev tərəfindən dəqiq, əhatəli və uzaqgörənliklə cəmiyyətə təqdim edildiyi, bu istiqamətdə beynəlxalq platformalarda lazımi işlərin görülməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin tədbirdə çıxışı beynəlxalq hüquqa əsaslanan, tarixi ədalətin bərpasını təmin edən sülh və birgəyaşayış konsepsiyasını özündə ehtiva edir.

Çıxışlarda Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə son dövrlərdə Azərbaycan parlament diplomatiyasının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu, Prezidentin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində Milli Məclisin də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi bildirilib.

Deputatlar, həmçinin Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan və bu gün də davam edən etiraz aksiyası ilə bağlı fikirlərini bölüşərək, dəstəklərini ifadə ediblər, bir sıra digər aktual məsələlərə toxunublar.

Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyinə 23 məsələ daxil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, ilk 7 məsələ ikinci oxunuşda olan qanun layihələridir və birinci məsələ “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Konstitusiya qanununun layihəsidir.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, qanun layihəsinin birinci oxunuşda geniş şəkildə təqdim olunaraq qəbul edildiyini bildirərək, parlament sədrinin tövsiyəsi və deputatların təklifləri əsasında “Normativ-hüquqi aktlar haqqında” qanunun 70-ci maddəsinə komitə tərəfindən bir neçə əlavələrin təklif edildiyini və bunun qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldığını söyləyib. O diqqətə çatdırıb ki, bu təkliflər parlamentdə bir oxunuşda qəbul olunacaq sənədlərin siyahısına əlavələrin edilməsi ilə əlaqədardır. Belə ki, 70.3-cü maddəyə edilən əlavədə Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təsis edilməsinin, inzibati ərazi bölgüsünün və dövlət təltiflərinin də bir oxunuşda baxılması təklif olunur. Komitə sədri bu əlavəni nəzərə almaqla, sənədin səsə qoyulmasını xahiş edib.

Deputat Fazil Mustafa məsələ barədə fikirlərini açıqlayaraq, təklif olunan əlavəni müsbət dəyərləndirib və bir sıra qeydlərini səsləndirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, ikinci oxunuşun tələblərinə uyğun olaraq, layihə barədə maddələr üzrə məlumat verib.

Komitə sədri "Sosial sığorta haqqında" qanunun 15-ci maddəsinə təklif olunan dəyişikliyə görə, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, "Diplomatik xidmət haqqında" Qanunun 21 və 23-cü maddələrinə 13 dəyişiklik təklif olunur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına birdəfəlik yerləşmə müavinəti təsis edilir. Onların orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək, əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək. Bununla yanaşı, diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti, müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına isə kompensasiya ödəniləcək. Daha bir dəyişikliyə görə, diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər (21.7-2 maddəsi istisna olunmaqla), həmçinin diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə də şamil ediləcək. Qanuna edilən digər dəyişikliklər əməkhaqqının tərkibi, ödənilmə qaydası, dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar barədə normaları özündə ehtiva edir. Layihədə yeni müddəaların qanuna daxil edilməsi və bununla əlaqədar olaraq bəzi maddələrin ləğv edilməsi təklif olunur.

Komitə sədri deyib ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən vergi tutulmur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd barədə fikirlərini açıqlayıblar və rəhbərlik etdikləri komitələrin müsbət rəylərini səsləndiriblər.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək bildirib ki, məsələ ilə bağlı deputatlar tərəfindən heç bir təklif daxil olmayıb.

Sənədə əsasən, “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, ancaq layihələrin müxtəlif məsələlərlə bağlı olduğuna görə ayrılıqda müzakirə olunacağını diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı bildirib ki, sənəd birinci oxunuşda qəbul edilib və müzakirəyə təqdim olunan mətndə heç bir dəyişiklik edilməyib. Layihə Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova və deputat Ceyhun Məmmədov məsələ ilə əlaqədar fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Nizami Səfərov "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, qanun layihəsinin birinci oxunuşda ətraflı müzakirə edildiyini, sual doğuran məsələnin olmadığını və hər hansı təklifin irəli sürülmədiyini söyləyib. Layihədə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməsi məsələləri öz əksini tapıb.

Deputatlar Tahir Kərimli, Fazil Mustafa, Əminə Ağazadə sənədlə bağlı bəzi qeydlərini və suallarını səsləndiriblər. Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, qanuna iki dəyişiklik təklif edilir. Belə ki, 32-ci maddədə təhsilalanların hüquqları daha da genişləndirilir və 32.3.7-ci maddədə ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, 32.3.12-ci maddədə isə akademik məzuniyyət götürmək hüquqları təsbit olunur. Bu hüquqların təmin edilməsi üçün qaydaların müəyyənləşdirilməsi ilə bağlı qanunun 29-cu maddəsinə iki yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. 29.0.10-1-ci maddədə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, 29.0.10-2-ci maddəsində isə orta ixtisas təhsil müəssisələrində təhsilalanların həmin hüquqlarının həyata keçirilməsi üçün qaydaların müəyyən edilməsi dövlətin vəzifələrinə aid edilir.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Aqil Abbas məsələ ilə bağlı fikirlərini və bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Bəxtiyar Əliyev “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, qeyd edib ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Komitədə ikinci oxunuşda heç bir əlavə və dəyişiklik təklif edilməyib və qanun layihəsi ilə bağlı komitə müsbət qərar qəbul edib.

Layihədə təklif edilən dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilir və onların fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti 15 məsələsinin üçüncü oxunuşda olan qanun layihələri olduğunu bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci oxunuşda müzakirələr zamanı məsələ ilə bağlı bəzi təkliflərin səsləndirildiyini və buna münasibət bildirildiyini, sonra heç bir təklifin daxil olmadığını söyləyərək, layihənin üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Sənədə əsasən, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı ilə vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, layihələrin ayrılıqda nəzərdən keçiriləcəyini qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsi barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verdiyini söyləyib və ikinci oxunuşda qəbul olunmuş qanun layihəsinə qanunvericilik təşəbbüsü subyekti tərəfindən bir dəyişiklik edildiyini deyib. Komitə sədri bildirib ki, burada əsas məsələ qanun layihəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minməsi haqqında 2-ci maddənin əlavə olunması ilə bağlıdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyin birbaşa Vergi Məcəlləsi ilə bağlı olduğunu bildirib. Layihə xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin də rəyinin müsbət olduğunu bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Tahir Mirkişili “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, təqdim olunan sənədə bu qanun layihəsinin də 1 yanvar 2023-cü ildən qüvvəyə minməsi ilə əlaqədar maddənin əlavə olunduğunu söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, məsələnin birinci və ikinci oxunuşlarda plenar iclasda müzakirə edildiyini, komitədə üçüncü oxunuşda müzakirələr zamanı heç bir düzəlişin olunmadığını söyləyib.

Sənəd texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksəkixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi ilə əlaqədar olaraq hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin 13-cü məsələsini - "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib.

Məsələ ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, qanun layihəsi dövlət ümumtəhsil məktəbləri tərəfindən təhsil məqsədləri üçün idxal olunan qurğuların iki il müddətinə gömrük rüsumundan azad edilməsini özündə ehtiva edir və ikinci oxunuşdan sonra məsələ ilə bağlı komitəyə hər hansı bir irad və ya təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra parlamentin sədri gündəliyin növbəti üç - 14-cü məsələ olan “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 15-ci məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və 16-cı məsələ olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu bildirib.

Sahibə Qafarova 14-cü və 16-cı məsələlərə dair ümumi məlumatı təqdim etmək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevə söz verib.

Komitənin müsbət rəyini diqqətə çatdıran E.Allahverdiyev bildirib ki, hər iki qanun layihəsi telekommunikasiya sahəsində dövlət radiotezlik resurslarından istifadənin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədi daşıyır. O, qanun layihələrinin ikinci oxunuşundan sonra komitəyə hər hansı bir təklif və ya irad daxil olmadığını bildirib və deputatlardan layihələri üçüncü oxunuşda da dəstəkləməyi xahiş edib.

Milli Məclisin sədri 15-ci məsələ barədə məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova söz verib.

Nizami Səfərov məsələyə dair məlumat verib və qanun layihəsinin mətnində heç bir dəyişiklik aparılmadığını deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev 15-ci məsələ ilə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Layihələrlə bağlı deputat Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra hər üç məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Sahibə Qafarova gündəliyin 17-ci və 18-ci məsələlərinin də Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı qanun layihələri olduğunu qeyd edib. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü E.Allahverdiyev bildirib ki, qanun layihəsi mobil telefonların İMEİ kodlarının qeydiyyatının və istifadəsinin təkmilləşdirilməsi və bu sahədə qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə hazırlanıb və ikinci oxunuşdan sonra qanun layihəsi ilə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Gündəliyin 18-ci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb.

Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü E.Allahverdiyev komitəsinin müsbət rəy verdiyini deyib.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və üçüncü oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri sənəddə təklif edilən dəyişikliklərin əvvəlki oxunuşlarda heç bir sual doğurmadığını bildirib və qanun layihəsinin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Gündəliyin 20-ci və 21-ci məsələləri - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, hər iki layihəsi gömrük dəyərinin müəyyən olunmasını və gömrük komitəsi əməkdaşları ilə sahibkarların münasibətlərinin tənzimlənməsini özündə ehtiva edir və ikinci oxunuşdan sonra mətnlərdə hər hansı bir dəyişiklik edilməyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin 22-ci məsələsini - Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb.

Qanun layihəsi ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva məlumat verib. O, bildirib ki, qanun layihəsi ilə bağlı heç bir təklif, irad bildirilməyib və deputatlardan sənədi dəstəkləmələrini xahiş edib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar.

Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin sonuncu məsələsinin ikinci oxunuşda olan "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) olduğunu və məsələyə Əmək və sosial siyasət komitəsində baxıldığını diqqətə çatdırıb.

Komitənin sədri Musa Quliyev sənəd haqqında məlumat verərək bildirib ki, qanun layihəsi pensiyaçıların sosial rifahının qorunması və artıq ödənilmiş pensiyaların tutulması müddətinin məhdudlaşdırılması ilə əlaqədardır. Təklif olunan dəyişikliklər əmək pensiyasına və əmək pensiyasına əlavəyə artıq ödənilmiş məbləğin tutulma müddətini 3 ilədək məhdudlaşdırır.

Müzakirədə komitə sədri Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Fazil Mustafa qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Deputatların səsləndirdikləri suallara komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO