Milli Məclisin sədri Gürcüstana səfər edəcək
Bakı, 24 iyul, AZƏRTAC
Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Oqtay Əsədovun tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.
Festival günlərində Milli Məclisin sədrinin Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.
Səfər iyulun 27-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]