MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN BAŞÇILIĞI İLƏ PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ STRASBURQA GEDƏCƏK
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Sirus Təbrizli, Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və işlər müdiri Firudin Hacıyev daxildirlər.
Tədbirə Avropa Şurasına üzv olan dövlətlərin spikerləri, Avropa Parlamenti və Qərbi Avropa İttifaqı Assambleyasının sədrləri dəvət olunmuşlar.
“Vətəndaş Avropası - parlamentlər və vətəndaşların iştirakı” mövzusunda keçiriləcək bu konfransda Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış edəcək, Azərbaycanda gedən demokratik prosedurlar, ölkədə həyata keçirilən islahatlar, Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri barədə ətraflı məlumat verəcəkdir. Tədbirdə müasir texnologiya və demokratik qaydalar, daha güclü demokratiya naminə əməkdaşlıq, milli parlamentlər və Avropa assambleyaları mövzularında müzakirələr aparılacaqdır.
Səfər müddətində Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şiderin iştirakı ilə Cənubi Qafqaz ölkələri və GUÖAM parlament sədrlərinin görüşləri də keçiriləcəkdir.
Səfər mayın 20-də başa çatacaqdır.