CƏMİYYƏT
Milli parklara getmək istəyənlər üçün hava proqnozu
Bakı, 27 may, AZƏRTAC
İstirahət və bayram günlərində - mayın 27-29-da milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında istirahət günlərində hava əsasən yağmursuz keçsə də, gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-26° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 27-32° isti olacağı ehtimal edilir.
Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 25-30° isti olacaq.
Göygöl Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 19-22° isti olacaq.
Şirvan Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 27-32° isti təşkil edəcək.
Hirkan Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.