Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

MTN-in ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Anım tədbiri açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev bəşər tarixində qanlı və dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr olunmuş tədbirdə çıxışına xalqımızın ümummilli lideri Heydər Əliyevin aşağıdakı sözləri ilə başlayıb: “Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunun, xalqımızın milli azadlıq uğrunda apardığı müharibənin qurbanlarıdır, şəhidləridir. Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Diqqətə çatdırılıb ki, əsrlərdən bəri monoetnik, “böyük Ermənistan” yaratmaq kimi sərsəm iddia ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxıb, tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atıblar. Qonşu olduqları dövlətlərin torpaqlarına göz dikmək erməni xislətinə xas olan ən əsas xüsusiyyətlərdən biridir. Erməni millətçiləri öz mənfur niyyətlərinə çatmaq üçün daim əlverişli məqamlardan istifadə edib, hər dəfə bölgədə ictimai-siyasi durum dəyişən kimi daha da fəallaşaraq fitnə-fəsad törədiblər.

General-mayor İ.Allahverdiyev bildirib ki, tarixdə erməni xəyanəti və vəhşiliyi nəticəsində çoxlu sayda dəhşətli və qanlı faciələr baş verib. 1804-cü ildə Gəncə, 1827-ci ildə İrəvan şəhərlərinin rus qoşunları tərəfindən işğalında, 1911-ci ildə Cənubi Azərbaycandakı xalq azadlıq hərəkatının boğulmasında, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda, həmin ilin mayında Gəncədəki böyük xalq üsyanının yatırılmasında erməni fitnəkarlığı həlledici rol oynayıb. 1918-1920-ci illərdəki Zəngəzur, İrəvan, Göyçə, Şamaxı, Quba, Urmiya qırğınları tariximizin ən qanlı səhifələrindəndir. Onu demək kifayətdir ki, 1918-ci il martın son üç günü ərzində ermənilər tərəfindən Bakıda törədilən qırğınlarda minlərlə azərbaycanlının həyatına son qoyulub.

İndiki Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi başa çatdıqdan sonra Azərbaycanın əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi üçün fəal döyüş əməliyyatlarına başlandı. Azərbaycanın şəhər və kəndlərində terror və təxribat aktları törədilir, Dağlıq Qarabağın, ölkəmizin Ermənistanla həmsərhəd rayonlarının dinc azərbaycanlı əhalisi arası kəsilməyən silahlı basqınlara məruz qalırdı. Cəzasızlıq, himayədarların köməkliyi erməniləri daha da azğınlaşdırırdı. Artıq onlar ən vəhşi əməlləri törətməyə hazır idilər.

Qeyd edilib ki, həmin dövrdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət də olduqca gərginləşmişdi. Ovaxtkı hakimiyyətin naşılığı, bacarıqsızlığı və iradəsizliyi nəticəsində Milli Ordunun yaradılması işi ləngiyirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin başlanğıcında Azərbaycan Silahlı Qüvvələri Milli Ordunun tam silahlanmamış bir neçə taborundan, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Xüsusi təyinatlı milis dəstələrinin bölmələrindən, pis silahlanmış və yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil edilmiş dəstələrdən ibarət idi. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, erməni silahlı dəstələrindəki təkcə muzdluların sayı azərbaycanlı döyüşçülərdən çox olmaqla yanaşı, onlar həm də daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdilər. Sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayı da açıq-aşkar ermənilərin tərəfində idi. Bu alayın əksər zabiti və giziri milliyyətcə erməni idi.

Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki erməni terrorçu-separatçı dəstələri ilə, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək təkcə azərbaycanlılara qarşı deyil, bütün türk-müsəlman dünyasına, bəşəriyyətə və insanlığa qarşı müdhiş bir cinayəti - Xocalı soyqırımını törətdilər. Bir günün içində 613 soydaşımız soyqırımının qurbanı oldu. Vəhşiliklə qətlə yetirilənlərin arasında 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfəri isə itkin düşdü.

Xocalı soyqırımından sonra erməni vəhşiliyi, vandalizmi və azğınlığı getdikcə daha da şiddətlənirdi. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni-tarixi irsini xüsusi qəddarlıqla məhv ediblər.

İ.Allahverdiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı məqsədyönlü və ardıcıl tədbirlər görülməsinə başlanıb. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verib. Tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, soyqırımı rəsmən məhz bu mühüm sənəddə bəyan edilib, Cənubi Qafqazda Azərbaycan xalqı əleyhinə aparılmış etnik təmizləmə siyasətinin kökləri açıqlanıb. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilib.

Xocalı soyqırımı elə azğın və dəhşətli formada törədilib ki, bəşər övladı özünün bütün tarixi ərzində belə vəhşilik və qəddarlıq nümunələrini az-az görüb. Hüquqi xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə Xocalı faciəsi beynəlxalq hüquq münasibətlərinə qəsd edən, bəşəriyyət əleyhinə yönələn dəhşətli insan qırğını, bütöv bir xalqa, azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin erməni təcavüzkarlarına qarşı mübarizəsi Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Artıq bu mübarizə bütün dövlət qurumları, ictimai təşkilatlar, alimlər, yazıçılar tərəfindən mərkəzləşdirilmiş qaydada, beynəlxalq siyasi və humanitar təşkilatların dəstək və imkanlarından istifadə olunmaqla həyata keçirilir.

Sonda İ.Allahverdiyev bildirib ki, müdrik xalqımızın yaddaşından Xocalı soyqırımı heç vaxt silinməyəcəkdir. Millətimiz öz şəhidlərinin qanını, günahsız qurbanları, körpələrin göz yaşlarını unutmayıb. Bu vəhşiliklərin yaddaşlardan silinməsi mümkünsüzdür. Azərbaycan xalqı ermənilərin insanlığa nifrət siyasəti ilə heç bir zaman barışmayacaq, güclü, cəsur, yüksək mənəviyyatlı və əqidəli Azərbaycan əsgəri torpaqlarımızı mənfur işğalçılardan təmizləyəcək, tarixi ədalət bərpa olacaq.

Akademiyanın dinləyicisi leytenant S.Ələkbərov, kursantları E.Hacıyev və İ.Cəlilov tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, ölkəmizin bütün gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini və Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda “Məhv edilmiş şəhər - Xocalı faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib