Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda İsrail yığması ilə qarşılaşıb. Qarşılaşma 4:1 hesabı ilə israilli futbolçuların xeyrinə başa çatıb.
Yığmamız turnirdə növbəti oyununu noyabrın 17-də Gürcüstan komandasına qarşı keçirəcək.