İDMAN
Millimizin boksçuları Azərbaycan çempionatına qələbə ilə başlayıblar
![](/files/galleryphoto/2022/3/1200x630/16661198411612911963_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666119841685524563_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16661198411659629387_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16661198414693252169_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16661198411908464477_1200x630.jpg)
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, 38 komandanın 146 idmançısının qatıldığı yarışın ilk günündə 17 döyüş keçirilib.
Yarışın birinci günündə 54, 71, 75 və 80 kiloqram çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.
Yığmamızın üzvlərindən Ruslan Qədirov, Sərxan Əliyev və Murad Allahverdiyev ilk döyüşündə qələbə qazanıblar. Həmçinin Niyaməddin Allahverdiyev və Kamran Şahsuvarlı da rəqiblərini məğlub ediblər.
Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [22:08]
Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb
- 01.07.2024 [18:37]
Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub
- 01.07.2024 [16:41]
“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb
- 01.07.2024 [16:35]
Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb
- 01.07.2024 [16:06]
Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər
- 01.07.2024 [15:44]
Azərbaycan avarçəkənləri Avstriyada beş medal qazanıblar
- 01.07.2024 [14:08]