Millinin basketbolçusu: Güclü rəqiblərə qarşı oynamaq yaxşı təcrübədir
Bakı, 2 avqust, AZƏRTAC
Oyunun bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Çünki rəqiblərimizi tanıyırdıq. Potensiallarına bələd idik. Çox yaxşı komandadır. Hər şeyə baxmayaraq çalışdıq, son ana qədər oynadıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova “Paris-2024” Yay Olimpiya Oyunlarında Avstraliya yığmasına 12:21 hesabı ilə uduzduqları görüşlə bağlı danışarkən deyib.
O, meydanda hər top uğrunda mübarizə apardıqlarını söyləyib: “Düzdür, yorğunuq. Amma burada hamı eyni şərtlər altında yarışır. Biz də digərləri kimi oynayacaq və son saniyəyə qədər var gücümüzlə çalışacağıq”.
Otuz beş yaşlı oyunçu bildirib ki, güclü rəqiblərə qarşı oynamaq yaxşı təcrübədir: “Belə matçlar insana güc verir, həm də yeni şeylər öyrənirsən. Düşünürəm ki, iddialı rəqiblərlə oyundan sonra biz daha təcrübəli və ağıllı çıxış edəcək, təcrübəmizi yetişməkdə olan nəslə ötürəcəyik”.
Qeyd edək ki, ABŞ komandasına qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya və Almaniyaya məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]