Millinin futbolçuları azarkeşlərlə görüşüblər
Bakı, 16 aprel, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.
Bu barədə AZƏRTAC-a AFFA-dan məlumat verilib.
Tədbirdə komandanın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.
Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.