“MİN BİR GECƏ” BALETİNİN TAMAŞASI
“Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış ikipərdəli baletin libretto müəllifləri Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, quruluşçu rəssamı xalq rəssamı Toğrul Nərimanbəyov, baletmeysteri xalq artisti Tamilla Şirəliyevadır. Xalq artisti Mədinə Əliyeva, İslam İslamov, Natəvan Ələsgərova və Denis Tarusovun iştirakı ilə keçən tamaşaya xalq artisti Cavanşir Cəfərov dirijorluq etmişdir. Tamaşaçılar əməkdar incəsənət xadimi Yulana Əlikişizadənin rəhbərlik etdiyi balet truppasının çıxışı hərarətli alqışlarla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]