Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetində insan kapitalının inkişafı: müasir yanaşmalar, regional tələblər və gələcəyə baxış

Mingəçevir Dövlət Universitetində insan kapitalının inkişafı: müasir yanaşmalar, regional tələblər və gələcəyə baxış

Bakı, 13 iyun, AZƏRTAC

Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas çağırışlardan biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Xüsusilə region universitetlərində bu məsələ həm sosial, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Mingəçevir Dövlət Universiteti (MDU) bu istiqamətdə mühüm addımlar atmaqda davam edir. MDU-nun İnsan resursları şöbəsinin müdiri Əmrah Qürbətov AZƏRTAC-a müsahibəsində universitetdə tətbiq olunan insan resursları siyasəti, müəllim seçimi meyarları, mühəndislik təhsilinin gələcəyi və region gənclərinə yaradılan imkanlar barədə geniş məlumat verib.

-Mingəçevir Dövlət Universitetində insan resursları idarəetməsi və müəllim seçimi zamanı tətbiq olunan müasir yanaşmalar hansılardır? Bu sahədə hansı yeniliklər həyata keçirilir və yeni yanaşmalar tədris keyfiyyətinə necə təsir göstərir?

-Mingəçevir Dövlət Universitetində insan resursları idarəetməsi müasir və səmərəli yanaşmalara əsaslanır. Müəllim seçimi zamanı təkcə akademik göstəricilər deyil, həm də pedaqoji bacarıqlar, innovativ tədris metodlarına uyğunlaşma və rəqəmsal savadlılıq nəzərə alınır. Seçim prosesi mərhələli şəkildə - CV-lərə baxış, müsahibə, test mərhələsi, praktiki dərs təqdimatından ibarət olur. Bütün mərhələlər şəffaflıq prinsiplərinə uyğun keçirilir və nəticələr namizədlərlə açıq şəkildə paylaşılır.

Bundan əlavə, universitetdə müəllim heyətinin davamlı inkişafı üçün təlimlər, seminarlar və sertifikat proqramları təşkil olunur. Müəllimlərin motivasiyasını artırmaq üçün yaradıcılıq və təşəbbüskarlıq dəstəklənir, müasir pedaqoji metodların tətbiqi təşviq edilir. Bu yanaşma nəticəsində daha keyfiyyətli tədris mühiti formalaşır və tələbələrin bilik qazanma prosesi daha səmərəli olur.

-Regionlarda mühəndislik sahəsi üzrə müəllim ehtiyacının artması hansı amillərlə bağlıdır? Bu ehtiyacın yaranması nəyi göstərir?

-Son illər Azərbaycanda, xüsusilə də regionlarda sənayeləşmə, infrastrukturun yenilənməsi və mütərəqqi texnologiyaya əsaslanan istehsal sahələrinin inkişafı ciddi şəkildə sürətlənib. Bu dəyişikliklər yeni texniki biliklərə və bacarıqlara malik mütəxəssislərə tələbatı artırır. Belə bir şəraitdə yalnız tələbə hazırlığı deyil, bu tələbələri yetişdirəcək peşəkar və praktiki təcrübəsi olan müəllimlərin formalaşdırılması da prioritet məsələdir.

Mingəçevir Dövlət Universiteti sənaye təcrübəsinə malik, eyni zamanda, pedaqoji bacarığı olan mütəxəssislərin tədrisə cəlbini strateji hədəf kimi müəyyənləşdirib. Biz inanırıq ki, bu yanaşma həm təhsil keyfiyyətini artıracaq, həm də regionun iqtisadi inkişafına bilavasitə töhfə verəcək. Prezident İlham Əliyevin "Regionların inkişafı Azərbaycanın dayanıqlı gələcəyinin əsas sütunudur" fikri bizim bu istiqamətdəki fəaliyyətimizin ideya əsasını təşkil edir. Mühəndislik təhsili isə bu sütunun möhkəm dayağına çevrilməkdədir. Regionda kadr potensialını artırmaq üçün təhsil müəssisələrinin bu prosesdə fəal və məsuliyyətli iştirakı olduqca vacibdir.

-Tədris prosesinə yeni müəllimlərin cəlb olunması ilə hansı yeniliklərin tətbiqini nəzərdə tutursunuz və onların bu prosesdə rolu nə olacaq? Onlarda hansı əsas bilik və təcrübələrə üstünlük veriləcək?

-Mingəçevir Dövlət Universitetində əsas hədəfimiz tələbəyönümlü, praktikaya əsaslanan və əmək bazarının real tələblərinə cavab verən tədris modelini tətbiq etməkdir. Tədris prosesində layihə əsaslı öyrənmə, real sənaye problemlərinin müzakirəsi və interaktiv tədris metodlarının tətbiqi genişləndiriləcək. Bu yanaşma tələbələrin təkcə bilik deyil, həm də praktiki bacarıqlar əldə etməsinə xidmət edir.

Yeni müəllim heyətindən gözləntilərimiz yüksəkdir. Onların müasir tədris metodlarına bələd olması, innovativ düşüncə tərzinə sahib olmaları və tələbələrlə effektiv ünsiyyət qurma bacarığı ön plandadır. Əsas tələblərdən biri ən azı 3 illik sənaye təcrübəsinə sahib olmalarıdır. Bu, tələbələrin yalnız nəzəri deyil, real iş həyatına hazırlıqlı yetişdirilməsi baxımından vacibdir. Biz inanırıq ki, sənaye təcrübəsi olan mütəxəssislərin tədrisə cəlbi tələbələrin gələcək peşə fəaliyyətinə daha güclü təkan verəcək. Bu, həm təhsil keyfiyyətinin yüksəlməsinə, həm də regionda ixtisaslı kadr potensialının artmasına şərait yaradacaq.

-Regionun sənaye potensialı və perspektivləri baxımından mühəndislik təhsilinin rolu nədən ibarətdir? Bu sahəyə investisiya edilməsi regiona hansı töhfələri ola bilər?

-Mühəndislik təhsili sənaye regionları üçün yalnız akademik istiqamət deyil, iqtisadi inkişafın təməl daşıdır. Texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə sənaye sahələrinin rəqabət qabiliyyətli və innovativ qalması üçün yaxşı təhsilli mühəndislərə ciddi ehtiyac var. Regionlarda istehsal müəssisələrinin artması, infrastrukturun genişlənməsi və yeni texnoloji parkların yaradılması mühəndislik biliklərinə malik insan resurslarını ön plana çıxarır.

Bu səbəbdən mühəndislik sahəsində təhsil alan gənclərin yetişdirilməsi yalnız fərdi inkişaf deyil, həm də ümumi regional tərəqqi baxımından strateji əhəmiyyət daşıyır. Bu təhsilin verilməsi üçün isə müasir laboratoriyalar, təcrübəyə əsaslanan və sənaye ilə əməkdaşlıq içində olan universitet modeli vacibdir. Məhz bu model Mingəçevir Dövlət Universitetində tətbiq olunur və regionun iqtisadi ekosistemində real dəyişikliklər yaratmaq potensialına malikdir.

Gələcəkdə sənaye sektorunun ixtisaslı mühəndis kadrlarla təmin olunması regionda texnologiya əsaslı istehsal və ixracyönümlü fəaliyyətlərin artmasına zəmin yaradacaq. Beləliklə, mühəndislik təhsili regionun sosial-iqtisadi inkişafının mühüm hərəkətverici qüvvəsinə çevrilir.

-Təklif etdiyiniz mühəndislik təhsil modeli beynəlxalq təcrübə ilə nə dərəcədə uyğunluq təşkil edir? Bu modelin əsas üstünlükləri və universitetin beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar nələrdir?

-Mingəçevir Dövlət Universitetində mühəndislik təhsili sahəsində tətbiq etdiyimiz yanaşma həm beynəlxalq təcrübəyə əsaslanır, həm də yerli reallıqlara uyğunlaşdırılır. Tədris modelimizdə iki əsas istiqamət var: biri ikili (dual) təhsil modeli, digəri isə ikili diplom və beynəlxalq əməkdaşlıq proqramlarının inkişafıdır. İkili təhsil modeli tələbələrin həm universitetdə nəzəri bilik almasını, həm də real müəssisələrdə praktiki bacarıq qazanmasını təmin edir. Bu sistem onların əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır.

Eyni zamanda, universitetimiz beynəlxalq tərəfdaşlıq istiqamətində də mühüm addımlar atır. Hazırda Düzce Universiteti ilə əməkdaşlığımız mövcuddur və bu çərçivədə müəllim və tələbə mübadiləsi həyata keçirilir. Paralel olaraq, İstanbul Texniki Universiteti və Bursa Texniki Universiteti ilə də əlaqələrin qurulması üçün danışıqlar aparılır. Məqsədimiz bu universitetlərlə ikili diplom proqramları, birgə elmi layihələr və akademik mübadilə imkanları yaratmaqdır.

Beləliklə, Mingəçevir Dövlət Universiteti təkcə yerli bazarın deyil, eyni zamanda, qlobal təhsil və texnologiya sahəsinin tələblərinə uyğun mühəndis kadrlar hazırlamaq üçün sistemli və çoxşaxəli bir yanaşma tətbiq edir.

-Regionda yerləşən sənaye müəssisələri ilə təhsil müəssisələri arasında hansı əməkdaşlıq modelləri nəzərdə tutulur? Bu əməkdaşlıq tələbə və müəllim heyətinə hansı imkanları yaradacaq?

-Mingəçevir Dövlət Universiteti regionun sənaye müəssisələri ilə təhsil arasında körpü rolunu oynayan əməkdaşlıq modelini tətbiq etməyə başlayıb. Əsas məqsədimiz tədris prosesini əmək bazarının tələbləri ilə uzlaşdırmaq və tələbələri real istehsalat mühitinə uyğun hazırlamaqdır. Bu çərçivədə tələbələrin sənaye müəssisələrində istehsalat təcrübəsi keçməsi prioritet təşkil edir. Bu təcrübə onlara həm biliklərini praktikada tətbiq etmək, həm də gələcək peşə seçimlərini daha məqsədyönlü müəyyənləşdirmək imkanı yaradır.

Müəllim heyəti ilə bağlı isə vurğulamaq istərdik ki, məhz bu səbəbdən yeni işə qəbul zamanı ən azı 3 illik sənaye təcrübəsinə malik mütəxəssislərə üstünlük veririk. Bu yanaşma o deməkdir ki, dərsləri tədris edən müəllimlər nəzəri biliklə yanaşı, real iş mühitini və sənaye proseslərini dərindən anlayır və tədris zamanı bu təcrübəni tələbələrlə bölüşə bilir. Bu, təhsilin keyfiyyətinə və praktiki yönümlülüyünə birbaşa təsir göstərir.

Digər tərəfdən, bu əməkdaşlıq modelinin tətbiqi sayəsində müəssisələr də gələcək işçilərini erkən mərhələdə müşahidə edə, onlarla işləmə təcrübəsi qazana bilir. Beləliklə, universitet-sənaye əməkdaşlığı regionda həm təhsil sisteminin, həm də iqtisadiyyatın davamlı inkişafına xidmət edir.

-Bu təşəbbüs region gəncləri üçün hansı karyera perspektivlərini aça bilər? Həyata keçirilən fəaliyyətlər onların gələcək həyatına necə təsir edəcək?

-Bu təşəbbüs region gəncləri üçün geniş və davamlı karyera imkanları yaradır. Gənclərin təhsil aldıqları yerdə peşəkar bilik və bacarıqlara yiyələnməsi onların həm yerli, həm də milli səviyyədə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərmələrinə şərait yaradır. Artıq regional universitetlər, sadəcə, diplom verən deyil, əmək bazarının tələblərinə uyğun real bacarıqlar aşılayan mərkəzlərə çevrilir.

Prezident İlham Əliyevin "Hər bir bölgə öz potensialını reallaşdırmalıdır" çağırışı ilə uzlaşan bu yanaşma gənclərin öz doğma şəhər və rayonlarında qalaraq yüksəkixtisaslı mütəxəssis kimi yetişməsini hədəfləyir. Bu təşəbbüs, həm regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir, həm də region universitetlərinə marağın və tələbə axınının artmasına səbəb olur. Yerli təhsil imkanlarının gücləndirilməsi gənclərin ailədən uzaqlaşmadan, sosial mühitlərindən ayrılmadan da uğurlu karyera qura bilməsinə şərait yaradır.

Bununla yanaşı, tədrisdə tətbiq olunan yeni yanaşmalar və əməkdaşlıq imkanları sayəsində tələbələr təhsillə yanaşı, şəxsi inkişaf və iş həyatına hazırlıq baxımından da güclü dəstək alırlar. Bu isə onların gələcək uğurlarını təmin edən əsas təməllərdən biri olacaq.

-Gələcəkdə mühəndislik üzrə tədris sahəsinin genişlənməsi və texnoloji innovasiyalarla inteqrasiyası üçün hansı planlarınız var?

-Bu, əslində, universitetimizin əsas hədəf istiqamətlərindən biridir və bu sahədə regional rəqiblərimiz mövcuddur. Məhz bu rəqabətli mühitdə Mingəçevir Dövlət Universitetində mühəndislik üzrə tədrisin gələcək inkişafı üçün hədəfimiz bu sahəni yalnız genişləndirmək deyil, eyni zamanda, müasir texnoloji trendlərlə sinxronlaşdırmaqdır. Bu istiqamətdə ilk olaraq mövcud mühəndislik proqramlarının təkmilləşdirilməsi və yeni, ixtisaslaşmış alt sahələrin, məsələn, enerji sistemləri, yaşıl texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və məlumat mühəndisliyi üzrə proqramların yaradılması gündəmdədir.

Tədrisə texnologiyanın birbaşa inteqrasiyası isə yalnız avadanlıqla məhdudlaşmır. Planlarımızda mühəndislik proqramlarının istifadəsi, rəqəmsal simulyasiya texnologiyalarının dərs prosesinə daxil edilməsi və real vaxt üzrə layihə idarəetmə platformaları ilə tələbələrin işləməsi var. Bu, onları universitet divarları içində dünya miqyasında rəqabətə hazırlayacaq.

Bundan əlavə, texnologiyayönümlü elmi-tədqiqat fəaliyyətləri üçün ayrı-ayrı ixtisaslaşdırılmış laboratoriyaların qurulması, universitet-sənaye birgə layihələrinin təşviqi və tələbələrin bu layihələrə cəlb olunması nəzərdə tutulur. Gənc tədqiqatçılar üçün mentorluq və startap təşəbbüslərinə dəstək proqramları isə bu modelin sosial və iqtisadi dayanıqlığını təmin edəcək.

Əsas hədəf yalnız klassik mühəndislik bilikləri deyil, gələcəyin texnoloji reallıqlarına cavab verən, multidisiplinar düşüncə tərzinə malik mühəndislər yetişdirməkdir.

-Sonda müəllim namizədlərə nə mesaj vermək istərdiniz?

-Universitetimiz bütün sənaye nümayəndələri üçün açıqdır və əgər siz bu sahədə çalışan, bilik və təcrübənizi paylaşmaq istəyən bir mütəxəssissinizsə, bu, məhz sizin üçün bir fürsətdir. Biz yalnız müəllim axtarmırıq, eyni zamanda, tələbələrə ilham verəcək, onlara praktik bilikləri ötürəcək, düşünməyi və tətbiq etməyi öyrədəcək tərəfdaşlar axtarırıq. Siz Mingəçevir Dövlət Universitetində, sadəcə, hər hansı bir fənni tədris etməyəcəksiniz. Siz bir regionun gələcəyinə, bir gəncin yoluna, bir ölkənin inkişafına töhfə verəcəksiniz.

Bu, sadəcə, bir iş təklifi deyil. Bu, biliklə gələcək qurmaq, inkişafın bir hissəsi olmaq və öz sahəsində dəyər yaratmaq üçün bir çağırışdır. Əgər bu yolda özlərini təsdiq edə biləcəklərsə, onları komandamızda görməkdən məmnun olarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir