REGİONLAR
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları COVID-19 əleyhinə peyvənd olunublar
Bakı, 16 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin #TəhsilÜçünVaksinasiya kampaniyasına qoşularaq könüllü şəkildə birinci doza vaksinasiya prosesindən keçiblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid universitetin əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. Sağlamlıqlarına, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 87 faizindən çoxu artıq vaksinasiyadan keçib və hazırda bu proses uğurla başa çatmaq üzrədir.
Eyni zamanda, MDU-da əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]