MİNGƏÇEVİR ŞƏHƏRİNİN İDMAN-SAĞLAMLIQ KOMPLEKSLƏRİ YENİDƏN QURULUR
Mingəçevir, 8 avqust (AZƏRTAC). Mingəçevir Şəhər Gənclər və İdman İdarəsindən bildirmişlər ki, hazırda şəhərin idman-sağlamlıq obyektlərində təmir-bərpa və yenidənqurma işləri aparılır.
Mingəçevirin ən böyük tikinti layihəsi olan “Kür” Olimpiya Tədris-İdman Kompleksinin yenidən qurulmasında artıq əsas işlər görülmüşdür. MDB-də analoqu olmayan bu avarçəkmə bazasının əsas korpusu və yardımçı binaları inşa edilmiş, dam örtüyü quraşdırılmış, arakəsmələr hörülmüş, qapı və pəncərələr qoyulmuş, elektrik və suvaq isə işləri başa çatmaq üzrədir.
Bundan əlavə, yerli futbolçuların peşəkar səviyyədə hazırlanması üçün təlim-məşq toplanışlarının keçirilməsi, ətraf rayonların komandaları ilə yoldaşlıq oyunlarının təşkili məqsədi ilə Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu əsaslı təmir olunur. İndiyədək stadionda 2200-dən artıq oturacaq quraşdırılmış, oyun hesablarını göstərən tablo yenisi ilə əvəz olunmuş, hazırda isə voleybol və basketbol meydançaları, soyunub-geyinmə otaqları bərpa edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]