MİNGƏÇEVİR YÜKSƏKGƏRGİNLİKLİ ELEKTRİK ŞƏBƏKƏSİNDƏ TƏMİR İŞLƏRİ APARILIR
Azərenerjı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mingəçevir Yüksəkgərginlikli Elektrik Şəbəkəsində (YEŞ) əsaslı təmir işləri aparılır.
Mingəçevir YEŞ-in balansında olan bütün 35/220 kilovoltluq yarımstansiyaların və 35/500 kilovoltluq elektrik xətlərinin enerjı təminatında hər hansı problemın qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
110 kilovoltluq “Şəhər” yarımstansiyasında müxtəlif güclü iki transformatora baxış keçirilmiş və nasazlıqlar aradan qaldırılmışdır.
110 və 35 kilovoltluq yarımstansiyalarda 10 meqavat gücündə 4 transformator təmir edilmişdir. Qəbələ RLS-də 220 kilovoltluq yarımstansiyanın 63 meqavat gücündə transformatoru təmir olunmuşdur.
35 kilovoltluq “Kələntərli” yarımstansiyasında 4 meqavat gücündə transformator 5,6 meqavatlıq transformatorla əvəzlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]