Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Ülvi Dadaşzadənin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Həmin şəxsə sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin Ü.Dadaşzadə polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Onun barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.