Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
Mingəçevir, 12 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri, sakinlər Ulu Öndər Heydər Əliyevin şəhərdə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilib.